Accessibility links

Bakıda 704 ədəd partlamamış hərbi sursat tapılıb


ANAMA
ANAMA

Bakıda 704 ədəd partlamamış hərbi sursat tapılıb.

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində Bilgəh-Sumqayıt yolunun kənarından 704 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) və 1 ədəd avtomat darağı aşkar olunaraq zərərsizləşdirilməsi üçün agentliyin məhvetmə ərazisinə daşınıb.

ANAMA
ANAMA

Partlamamış hərbi sursatların (PHS) ətrafında 1,500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə agentlik tərəfindən bu il Abşeron, Ağdam, Ağstafa, Füzuli, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tərtər, Tovuz rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 838 ədəd partlamamış hərbi sursat və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG