Accessibility links

Feminist Hərəkatı 8 Marş – “Bizimdir hürr küçələr” şüarı ilə aksiya keçirib


Bakıda 8 Marş – “Bizimdir hürr küçələr” şüarı ilə feministlər aksiya keçiriblər

Martın 8-də Feminist Hərəkatı "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı ilə Bakıda yürüş keçirib. Aksiyada “Şiddətə susma!” şüarı da qaldırılıb.

Yürüş “Küçələrdən qorxma, azadlığını boğma!” şüarı ilə başlayıb. Daha sonra “Susmaq yoxdur, üsyan var!” şüarları səsləndirilib, qadın hüquq və azadlıqları ilə bağlı plakatlar qaldırılıb. Aksiya razılaşdırılmadığından polis aksiyaçıların Fəvvarələr meydanından Nizami küçəsinə gedişinə müdaxilə edib.

Bakıda 8 Marş – “Bizimdir hürr küçələr” şüarı ilə feministlər aksiya keçiriblər
please wait

No media source currently available

0:00 0:00:50 0:00

Akisyanın keçirilməsinə maneə yaradılıb. Çox sayda aksiyaçı qadınlar polislərin müşayiəti ilə yürüş ediblər. Bu zaman onlar "Şiddətə susma!" şüarı səsləndirib.

Polis onların yürüşünü qarşısını almağa çalışıb. Buna görə canlı səddlər qurublar.

Bakıda 8 Marş qadınlar -"Şiddətə susma!" şüarı səsləndiriblər
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Polislər aksiya iştirakçılarının qaldırdıqları plakatları alıblar. İştirakçılardan bir neçə nəfər saxlanılıb. Bununla belə aksiya müxtəlif yerlərdə davam etdirilib.

Polis aksiyaçıları dağtmaq üçün onlardan bəzisini zorla "Sahil" metrostansiyasının içərisinə qovub. Dağılışmaq istəməyən aksiyaçılar elə metronun girişində "Şiddətə susma!" şüarları səsləndirməkdə davam etdiriblər.

Feminist Hərəkatının Bakıda 8 Mart aksiyasında saxlanılanlar var
please wait

No media source currently available

0:00 0:00:27 0:00

Aksiyadan əvvəl təşkilatçılar bəyanat yayıblar. Bəyanatda Azərbaycanda baş verən çoxsaylı qadın qətllərindən, selektiv abortlardan, gender əsaslı ayrı-seçkilikdən və zorakılıqdan, erkən nikahlardan, qızların təhsildən məhrum olunmasından və zorla evləndirilmədən, süpürgəçi qadınların təhlükəli iş şəraitində ölümə məruz buraxılmasından, qadın bədəninin istismarından narahatıqlıq ifadə olunub.

Bakıda 8 Marş feministlər aksiyasında bəyanat səsləndirib
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Daha sonra qeyd edilib ki, patriarxal dəyərlərin hakim olduğu ölkədə heç bir qadın azad deyil:

“Bunun ən əsas səbəbi dövlətin patriarxal dəyərlərə söykənməsi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün öz öhdəliklərini lazımınca həyata keçirməməsidir.”

Bəyanat müəllifləri bir sıra tələblərlə çıxış edib. Gender və cinsi oriyentasiyasından asılı olmayaraq bütün fərdlərin təhlükəsiz mühitdə yaşamaq və işləmək haqqının, hər kəsə əmək fəaliyyəti üçün bərabər imkanların, hər kəsin təhsilə çatımlılığının, qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması haqqında beynəlxalq konvensiyanın şərtlərinə tamlıqla əməl edilməsini, Azərbaycanın İstanbul konvensiyasına qoşulmasının təmin edilməsini tələb edirlər.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Feminist Hərəkatının martın 8-də saat 15-də Bakıda, Nizami küçəsindən "Kolorit" kafesinin qarşısına qədər yürüş keçirmək üçün müraciətinə mənfi cavab verib. Meriya yürüşün təşkilatçılarına alternativ yer olaraq, martın 8-də Bakıdan 20 kilometr aralıda, Qaradağ rayonu, Lökbatan qəsəbəsində marşrut təklif edib.

XS
SM
MD
LG