Bakıda “Education USA Alumni Fair” adlı ABŞ universitetlərinin təhsil sərgisi keçirilib.
Sərgi ABŞ-ın Azərbaycandakı Səfirliyi və Beynəlxalq Təhsil üzrə Amerika Şurası (American Councils for International Education) tərəfindən təşkil olunub.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerərginin açılışında bildirib ki, ABŞ-da 4,5 min ali məktəb var və bəzən onlar arasında seçim etmək çətin olduğundan belə tədbirlərin keçirilməsi vacibdir:
"ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasına görə fəxr edirik və ümid edirik ki, bu gün sərgiyə gələnlərin sıralarında olanlar var.”
Sərgi zamanı qonaqlara ABŞ universitetlərində təhsil imkanları barədə məlumat verilib.
Tədbirdə iştirak edən tələbələrə, şagirdlərə və valideynlərə ABŞ universitetlərinin məzunları ilə görüşmək və onları maraqlandıran suallara cavab almaq imkanı yaradılıb.
Məzunlar ABŞ universitetlərinin fəaliyyəti, təhsil proqramları barədə danışıb.
Sərgi iştirakçılarına ABŞ universitetləri ilə bağlı materiallar və bukletlər təqdim olunub.