Accessibility links

Bakıda Amerika Film Festivalının açılışı olub


Festival mayın 5-dək davam edəcək

Mayın 1-də Bakıda "Park Cinema Fleym Touers"-də ilk "Amerika Film Festivalı"nın açılışı olub.

Festival ABŞ-ın Azərbaycandakı Səfirliyi sponsorluğu ilә keçirilir vә beş gün davam edәcәk.

Festivalın açılış mәrasimindә çıxış edәn ABŞ-ın Azәrbaycandakı müvəqqəti işlər vəkili Uilyam Gil qeyd edib ki, festival әsnasında hәr axşam müxtәlif filmlәr nümayiş olunacaq.

"Festivalda amerikalıların şücaәtini, uğur istiqamәtindә göstәrdiklәri canfәşanlığını işığlandıran filmlәr nümayiş olunacaq", Gil Geyd edib.

Cənab Gil deyib ki, filmlәr hәr axşam saat 7-dә nümayiş olunacaq vә biletlәri almaq istәyәn şәxslәr onları ya internetdә ya da kassalarda çox münasib qiymәtlәrlә әldә edә bilәrlәr.

Xatırladaq ki, festivalda 5 film mayın 1-5-də "Park Cinema Fleym Touers"-də nümayiş olunacaq və "İnsan Ruhunun Qüdrətini" nümayiş etdirəcək.

XS
SM
MD
LG