Accessibility links

Bakıda bəzi yolların buz bağlama ehtimalı var


Bakıda qar (archive)

Fevralın 20-də Bakı və Abşeron yarımadasında qarın səhər tədricən kəsiləcəyi havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.

Fevralın 19-dan 20-nə keçən gecə bəzi şəhərətrafı və nisbətən yüksək ərazilərdə yolların buz bağlama ehtimalı var.

Fevralın 20-də Azərbaycanın əksər rayonlarında havanın yağmursuz keçəcəyi, lakin şimal və şərq rayonlarında yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təxmin edilir.

Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

XS
SM
MD
LG