Accessibility links

Bakıda etiraz aksiyası - Əli Kərimli saxlanılıb


Polis aksiya iştirakçılarına qarşı
Polis aksiya iştirakçılarına qarşı

Onlarla saxlanılan var

Oktyabrın 19-da Milli Şura Bakıda metronun 28 may stansiyasının qarşısındakı meydanda mitinq keçirməyə cəhd edib.

Mitinqdən öncə metronun ətrafındakı küçələr, həmçinin metronun 28 May, Cəfər Cabbarlı və Xətai stansiyalarına giriş və çıxış bağlanıb.

Bakıda etiraz aksiyası - Əli Kərimli saxlanılıb
please wait

No media source currently available

0:00 0:11:29 0:00

AXCP sədri Əli Kərimli saat 14:50-də evindən çıxaraq meydana doğru irəliləyib. Bu zaman polis qüvvələri əvvəlcə onun ətraflndakı tərəfdarlarını, daha sonra isə Əli Kərimlini saxlayıb.

Bundan sonra aksiya iştirakçıları ətraf meydan və küçələrə yayılıb. Onlarla aksiya iştirakçısı saxlanılıb.

Müşahidəçilərin dediyinə görə, bu, 2003-cü il prezident seçkilərindən sonra müxalifətin polislə qarşıdurma şəraitində keçən və çoxsaylı insanların həbs edildiyi ən kütləvi aksiya olub.

Müxalifətin mitinqinin qarşısının alınmasında Çevik Polis Alayının yüzlərlə əməkdaşı iştirak edib.

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyasının qanunsuz olduğunu bildirib.

“Qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb. Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.”

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında deyilir.

Bakıda etiraz aksiyası-Saxlanılanlar var
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Müstəqil müşahidəçilər aksiyada iştirak edənlərin və polis tərəfindən saxlanalanların sayının dəfələrlə çox olduğunu bildirir. Məlumatda bildirilir ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib.

Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli, onun müavinləri, Milli Şuranın üzvləri Tofiq Yaqublu, Vahid Məhərrəmli və digərləri var.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG