Accessibility links

Bakıda 'EuroHome' tikinti materialları bazarında yanğın olub


 Bakıda 'EuroHome' tikinti materialları bazarında yanğın olub
Bakıda 'EuroHome' tikinti materialları bazarında yanğın olub

Bazarın 2 hektar ərazisi yanıb

Bu gün dekabrın 10-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında səhər saatlarında baş verən yanğın günorta saatlarında söndürülüb. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin 35 texnikasından, 3 helikopterindən və 1 təyyarəsindən istifadə edilib. Yanğının söndürülməsinə nazirliyin 253 canlı qüvvəsi cəlb edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

Məlumatda deyilir ki, ilkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev bildirib ki, hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Bakıda 'EuroHome' tikinti materialları bazarında yanğın olub
Bakıda 'EuroHome' tikinti materialları bazarında yanğın olub

Rəsmi qurumlar dəyən ziyanla bağlı hələ məlumat vermir. Amma müşahidəçilərin firkincə ziyanın miqdarı milyonlarla manatdır. Tikinti bazarının sığortasının olub-olmaması barədə də məlumat verilmir.

Bu il martın 26-da Bakının Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində də yanğın baş verib. Beşmərtəbəli bina tamamilə yanıb. Yüzlərlə ticarətçiyə milyonlarla manat ziyan dəyib. Ticarətçilərə dəyən ziyan dövlət tərəfindən qismən ödənilib.

XS
SM
MD
LG