Accessibility links

Bakıda qadın haqları fəalları polis idarəsinin binası qarşısında aksiya keçirib


Bakıda qadın haqları fəalları polis idarəsinin binası qarşısında aksiya keçirib
Bakıda qadın haqları fəalları polis idarəsinin binası qarşısında aksiya keçirib

Bu gün, avqustun 4-də bir qrup qadın haqları fəalı Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin binası qarşısında bir neçə gün öncə həyat yoldaşı tərəfindən qətlə yetirilən Sevinc Məhərrəmovaya qarşı zorakılığın qarşısının vaxtında alınmamasına etiraz olaraq “Sevincin qatili dövlətdir!” şüarı ilə aksiya keçirib. Aksiyaçılar polis idarəsinin binasının giriş qapısına qan rəmzi olan qırmızı rəngli maye atıblar.

Fəal Nərmin Şahmarzadə bildirib ki, Sevinc Məhərrəmovaya qarşı zorakılıqla bağlı dəfələrlə polis idarəsinə müraciət olunub.

“Zorakılığı edəni tutmaq əvəzində zərəçəkəni dilə tutublar ki, barışsın. İki ay ərzində zorakılıq edən şəxsin tutulması üçün heç bir tədbir görülməyib,” o qeyd edib.

Qadın hüquqları fəalları polis idarəsinin binası qarşısında “Qadin qatilləri dövlətdir!”, “Qadın qətlləri siyasidir!” şüarları səsləndirib.

Avqustun 3-də xəbər yayılıb ki, Sevinc Məhərrəmova həyat yoldaşı tərəfindən qətlə yetirilib. Məhərrəmova bu ilin mart ayında həyat yoldaşı Füzuli Qarayev tərəfinfən zorakılığa məruz qaldığını bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, mart ayının 26-da Xəzər rayonu Zirə qəsəbəsi, Südçülük-Tərəvəzçilik Sovxozunda yerləşən fərdi tikilidə yaşayan Füzuli Qarayevin yaşadığı evdə həyat yoldaşı Sevinc Məhərrəmova ilə aralarında yaranmış mübahisə nəticəsində sonuncuya ağacla bədən xəsarətləri yetirməsi faktı üzrə Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb, törədilmiş əməl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilərək cinayət işi ittiham aktı ilə Xəzər Rayon Məhkəməsinə göndərilib.

“Məhkəmə baxışında tərəflər arasında barışığın olması nəzərə alınaraq mayın 17-də işə xitam verilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, polis tərəfindən qanunvericiliyə uyğun olaraq bütün zəruri istintaq hərəkətləri yerinə yetirilib. Həmin vaxt Məhərrəmovaya müvafiq qadın sığınacağına yerləşdirilməsi təklif olunub, lakin sonuncu bundan imtina edərək ailəsindən və övladlarından ayrılmaq istəmədiyini bildirib," o qeyd edib.

Hadisə şahidlərinin dediyinə görə, aksiya zamanı fəallar Gülnara Mehdiyeva, Sevgi İsmayılbəyli, Nərmin Şahmarzadə və jurnalistlər saxlanılıb.

Öz növbəsində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev dildirib ki, aksiya zamanı saxlanılan olmayıb, jurnalistlərə və aksiya iştirakçılarına fiziki təzyiqin olması barədə iddialar əsassızdır.

Xatırladaq ki, rəsmi qurumlar ölkədə son günlərdə azı beş qadının məişət zorakılığının qurbanı olması barədə məlumatlar yayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG