Accessibility links

Bakıda qadın haqları fəalları aksiya keçirdi


Bakıda 8 mart qadınlar yürüşü - Foto: Türkan Bəşir
Bakıda 8 mart qadınlar yürüşü - Foto: Türkan Bəşir

Qadın haqları fəalları Bakının mərkəzində 8 mart Beynəlxalq Qadınlar günündə aksiya keçirib.

Fəallar aksiyada "8 Marş - Haqlarımız uğrunda" şüarı altında gender əsaslı zorakılıq və qadın qətllərinə diqqət çəkib.

Məlumata görə, aksiyadan əvvəl mülki geyimli şəxslər aksiya yerinə yaxın olan kafeyə girərək bir neçə fəalı saxlayıb. Onların arasında Aytac Ağazadə, Sevgi İsmayılbəyli, Zəhra Kələndərova və Vəfa Nağı olub.

Bakıda yürüş
Bakıda yürüş

Daha sonra polis Fəvvarələr Meydanında aksiya başlayan zaman onlarla aksiya iştirakçısını saxlayıb.

Aksiyanın təşkilatçılarından olan Gülnarə Mehdiyeva polis tərəfindən saxlanılarkən "Qadın qətlləri siyasidir!" şüarı səsləndirib.

Bakıda qadınların aksiyası. Foto: Ülviyyə Əli
Bakıda qadınların aksiyası. Foto: Ülviyyə Əli

Polislər aksiya iştirakçılarının qaldırdılqarı plakatları əllərindən alıblar.

Saxlanılanlar polis maşınlarına mindirilərək ərazidən uzaqlaşdırılıblar.

Feministlərin aksiyası. Foto: Türkan Bəşir
Feministlərin aksiyası. Foto: Türkan Bəşir

Bundan əlavə polis səsgücləndirici ilə ərazidən uzaqlaşmağı və karantin qaydalarına əməl edilməsini xahiş edib.

Saxlanılanlar arasında aksiya iştirakçısı Aytac Tapdıq da olub.

O, polis maşının içində video çəkərək öz etirazını bildirib.

“Qoy bizə düşmən olsun dövlət, polis, ata, ər,o evdən kəfənsiz çıx. Bizimdir hürr küçələr!”

Bakıda qadınların aksiyası. Foto: Ülviyyə Əli
Bakıda qadınların aksiyası. Foto: Ülviyyə Əli

Aytac Tapdıq öz Facebook səhifəsində həm də aksiyada iştirak edən Gülnarə Mehdiyeva, Jalə Bayramovanın zorla Səbail 9-cu bölməsinə aparılmasının videosunu paylaşıb.

Martın 8-də "8 Marş - Haqlarımız uğrunda" adlı aksiyada saxlandığı deyilən bəzi fəalların sərbəst buraxıldığı açıqlanıb. Lakin təşkilatçıların bildirdiyinə görə, hələ də buraxılmayan fəallar var.

Artıq bir neçə ildir ki, azərbaycanlı feministlər qadın hüquqlarına diqqət çəkmək üçün 8 mart Beynəlxalq Qadınlar günündə şəhərin mərkəzində aksiya keçirir.

Bakıda 8 mart qadınlar yürüşü Foto Türkan Bəşir
Bakıda 8 mart qadınlar yürüşü Foto Türkan Bəşir
Bakıda qadınların aksiyası. Foto: Ülviyyə Əli
Bakıda qadınların aksiyası. Foto: Ülviyyə Əli

Martın 8-də aksiyaya Bakı Şəhər İcra Hakimiyyəti icazə verməsə də, aksiya təşkilatçıları bu yürüşü keçirəcəklərini bəyan ediblər.

Daxili İşlər Nazirliyi (DİN) bir qrup fəalın martın 8-də aksiyaya hazırlaşması ilə bağlı xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılmayan və xüsusi karantin rejimi qüvvədə olduğu dönəmdə hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquqi məsuliyyət yaradır.

“Əgər belə bir cəhd olarsa, qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınacaq,” DİN bildirib.

Azərbaycan rəsmiləri deyir ki, ölkədə bütün fundamental hüquqlar qorunur və ölkədə gender bərabərliyi hökm sürür.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG