Bakıda "Feminizmlər X" panel müzakirəsi təşkil olunub
Dekabrın 3-də Baku Community Space-n təşkilatçılığı ilə "Feminizmlər X" adlı panel müzakirə və Feminist esselər kitabının təqdimatı keçirilib. Tədbirdə Fem-Utopia layihəsinin həmtəsisçisi Gülnara Mehdiyeva islam feminizminin prinsipləri və onun qərb feminizmi ilə ziddiyyətlərindən, gender tədqiqatçısı Lalə Mahmudova interseksional feminizmdən, Femiskop kollektivinin həmtəsisçisi Aysel Axundova isə ksenofeminizm haqqında danışıb. Bundan əlavə, tədbirdə Femiskop kollektivinin dərc etdiyi “Feminist esselər” kitabının təqdimatı yer alıb. Tədbirin iştirakçılarına “Feminist esselər” kitabı hədiyyə olunub. Tədbir 25 noyabr Qadınlara Qarşı Zorakılıq Əleyhinə Beynəlxalq Mübarizə Günü ilə əlaqədar təşkil olunub.
Episodes
-
Mart 14, 2025
Ukraynada azərbaycanlı könüllülərin mübarizəyə dəstəyi
-
Mart 14, 2025
Mukaçevodakı könüllülərin fədakarlığı
-
Mart 14, 2025
Gürcüstanda məskunlaşan ukraynalı musiqiçi