Accessibility links

Bakıda "Formula-1" Azərbaycan Qran-Prisi yarışları başlayıb


İyunun 4-də Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi növbəti dəfə start götürüb.

Təşkilatçıların məlumatına görə, bu il yarışlarda 10 komandanın tərkibində olmaqla, 20 pilot iştirak edəcək.

Yarışlar "Formula-2" pilotlarının sərbəst yürüşü ilə başlayacaq. Sonra yarış "Formula-1" pilotlarının sərbəst yürüşü və "Formula-2" pilotlarının sıralama yarışı ilə davam edəcək.

Yarışların ikinci günündə "Formula-2" üzrə sprinter yarışları, üçüncü sərbəst yürüş və "Formula-1" üzrə sıralama yarışı planlaşdırılır.

Yarışın əsas hissəsi, Azərbaycan Qran Prisi iyunun 6-da keçiriləcək.

Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi
Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi

Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə baş tutmayan yarışda əvvəlki illərlə müqayisədə əyləncə proqramları təşkil olunmayacaq.

Yarışlara “Azadlıq” meydanında start veriləcək və orad da başa çatacaq. Marşrut Qız Qalası, İçəri şəhər və “Azneft” dairəsi üzrə təşkil edilib. Cəmi 51 dövrə vurulacaq. Halqanın uzunluğu 6 kilometr, ümumi məsafə isə 306, 049 kilometr təşkil edir.

Azərbaycanda "Formula-1" yarışları 2016-cı ildən keçirilir. Amma ötən il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salınıb.

Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.

XS
SM
MD
LG