Bakıda heyvansevərlər Qız qalasını "zəbt" etdi
Fevralın ikisi heyvansevərlər İçərişəhərdə "Qız qalasını zəbt et" adlı aksiya keçirib. Aksiya təşkilatçısı Elxan Mirzoyev, Qız qalasına çıxaraq oradan "we're killed" yazılı plakat asıb. Qalan aksiya iştirakçıları isə, aşağıda plakatlar açaraq, müxtəlif şüarlar səsləndiririb küçə itlərinin öldürülməsinə etiraz ediblər. Aksiya polis və İçərişəhər Dövlət tarix-memarlıq qoruğunun mühafizə xidmətinin əməkdaşları tərəfindən dayandırılıb. Heyvansevərlər aksiyanın baş tutduğunu hesab edir və problem həll olunanadək mübarizələrini davam etdirəcəklərini deyirlər.
Episodes
-
Fevral 26, 2021
Pfizer və Moderna vaksin istehsalını artırmağı vəd edirlər
-
Fevral 26, 2021
Dünyaya Baxış - 25 fevral 2021
-
Fevral 25, 2021
Bakıya bir gün qar yağdı, nəqliyyat iflic oldu
-
Fevral 25, 2021
Qarabağ məhbuslarının işi 3 hissəyə bölündü
-
Fevral 25, 2021
İspaniyada söz azadlığı üçün etirazlar keçirilib