Accessibility links

Bakıda İnsan Kitabxanası


Bakıda İnsan Kitabxanası
please wait

No media source currently available

0:00 0:04:48 0:00

Baku İdea Lab-da gender mövzusunda İnsan Kitabxanası layihəsi həyata keçirilib. İnsan Kitabxanası elə bir məkandır ki, burada könüllü "kitablar" öz hekayələrini cəmiyyətin üzvləri olan "oxucular" ilə bölüşürlər. Tədbirdə 7 canlı kitab və 30-dan çox oxucu iştirak edib. Məqsəd, cəmiyyətin müxtəlif sosial qruplarını bir araya gətirmək və stereotiplərə meydan oxumaqdır. Canlı kitabxanada "feminist", "homoseksual", "axıcı gender", "gender kvir", "transseksual seks işçisi", "gender sorğulayan", "panseksual" kitablar iştirak edib. Layihədə əsasən gənclər iştirak edib və onlar sorğu zamanı təşəbbüsün faydalılığını vurğulayıblar. İnsan Kitabxanası layihəsi Kamran Əzizli və Murad Nuriyev tərəfindən keçirilir. Onlar, artıq iki ildir ki, bu fəaliyyətlə məşğuldur. Layihə müxtəlif məzmunlu “kitabları” bir araya gətirərək, “oxucularla” görüşdürür. Burada əsas məqsəd, cəmiyyətin fərqli üzvlərini bir araya gətirib insanları açıq dialoqa və sülh quruculuğuna dəvət etməkdir. Layihəyə dəstək Baku İdea Lab və “Kanada Yerli İcmalar üçün Fondu” tərəfindən təmin edilib. İnsan Kitabxanası ilk dəfə 2000-ci ildə Danimarkada insan hüquqları və sosial birliyi təşviq etmək üçün təsis edilib.

XS
SM
MD
LG