Accessibility links

Bakıda küçədə odlu silahla adam öldürülüb


 Bakıda küçədə odlu silahla adam öldürülüb
Bakıda küçədə odlu silahla adam öldürülüb

İyunun 7-də Bakının Binəqədi rayonu ərazisində günorta saatlarında küçənin ortasında hərəkətdə olan iki avtomobil digər bir avtomobilin yolunu kəsib və avtomobildəki sərnişin odlu silahla öldürülüb.

Avtomobilin sürücüsünə də atəş açılıb. Ancaq sürücü qaçmaqla güllədən yayına bilib. Şahidlərin dediyinə görə, sürücü də yaralanıb.

Yerli medianın məlumatına görə, öldürülən şəxs Budaqlı Mübarizdir, kriminal aləmdə tanınır.

Apa agentliyinin məlumatına görə, Budaqlı Mübarizin öldürülməsində şübhəli bilinən, hadisə yerindən qaçmaq istəyən Taaleh Cəlalov və Səxavət Hüseynov polis tərəfindən saxlanılıb.

Bununla yanaşı hüquq mühafizə orqanları hadisə ilə bağlı hələ məlumat yaymayıb.

XS
SM
MD
LG