Accessibility links

Bakıda koronavirusdan ölüm xəbəri təkzib olunub


Martın 5-də Nazirlər Kabineti yanında Operativ qərargahla Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

Məlumatda 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) bir şəxsin koronavirusdan vəfat etməsi ilə bağlı yayılan səs yazısında söylənilənlər təkzib edilir.

Bildirilir ki, son günlər bəzi KİV və sosial şəbəkələrdə COVİD-19 virusu ilə bağlı ölkədə narahatlığa, ajiotaj yaradılmasına maraqlı olan şəxslər tərəfindən qərəzli məlumatlar yayılır, süni ajiotaj yaratmaq üçün xəbər başlıqlarının məzmununda bilə-bilə çaşqınlığa səbəb olan ifadə və fotoşəkillərdən istifadə edilir.

Məlumatda deyilir ki, bu il fevralın 29-da 3 saylı xəstəxanada koronavirusdan vəfat etdiyi deyilən Nəzakət Ramazanova əslində ağciyərlərin pnevmoniyası xəstəliyindən vəfat edib, onda infeksion xəstəlik aşkar olunmayıb.

Rəsmi qurumlar sonda ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən KİV və sosial şəbəkə istifadəçilərinə ən ciddi tədbirlərin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda hərbi helikopter qəzasında 14 hərbçi həlak olub
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG