Accessibility links

Bakıda "Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirilib


Bakıda "Mehman Hüseynov və digər siyasi məhbuslara azadlıq" tələbi ilə mitinq keçirilib
please wait

No media source currently available

0:00 0:06:50 0:00

Demokratik Qüvvələrin Milli Şurası Bakıda “Məhsul” stadionunda Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq, ölkədən oğurlanıb ofşor zonalarda yerləşdirilmiş korrupsiya pullarının xalqa qaytarılması tələbi ilə mitinq keçirib. Minlərlə insanın qatıldığı mitinqdə Müsavat, REAL partiyalarının təmsilçiləri, məhbus ailələrinin nümayəndələri çıxış edib.

Mitinqdə “Azadlıq!” “İstefa!” “Mehman Hüseynov və siyasi məhbuslara azadlıq!” şüarları səsləndirilib. “Bu vətən bizimdir!” “Siyasi məhbuslara azadlıq!” “Mehman Hüseynova azadlıq!” “Biz qalib gələcəyik!” və başqa şüarlar qaldırılıb. İştirakçılar həmçinin Mehman Hüseynov və digər siyasi məhbusların portretlərini qaldırıb. Aksiyada daha geniş meydanlara, o cümlədən “Azadlıq” meydanına yürüş üçün çağırışlar edilib.

Milli Şuranın mitingi
Milli Şuranın mitingi

Mitinq zamanı ərazidə internet bağlantısı dayandırılıb.

Çıxışlarda iqitdarın, o cümlədən dövlət başçısı İlham Əliyevin xarici və daxili siyasəti tənqid edilib. Çıxışlarda aksiyadan öncə bir sıra təşkilatçılar da daxil olmaqla çoxsaylı fəalların saxlanıldığı və ya həbs edildiyi bildirilib.

REAL Partiyasının sədri İlqar Məmmədov deyib ki, Azərbaycanda əsl cümhuriyyət olsaydı, insanlar daha geniş meydanlara toplaşıb ölkədəki demokratiya ilə fəxr edərdi.

“Azərbaycanda əsl cümhuriyyət olsaydı Milli Məclisdə ölkənin ciddi problemləri müzakirə edilərdi. Ayların adını dəyişməklə məşğul olmazdılar. Azərbaycan son illər geosiyasi rəqabətdə öz qonşularına uduzmaqda davam edir”, o qeyd edib.

Partiya liderinin firkincə, Azərbaycanda neftdən asılılıq davam edəcəksə ölkədə böhran daha da dərinləşəcək.

“İlham Əliyev ölkənin köklü problemlərini həll etmək əvəzinə Mehman Hüseynov və digər fəalları həbs etdirməklə məşğuldur. İndi Azərbaycan xalqının diqqəti qalıb prezidentin bir neçə gənclə qarşıdurmasında. Azərbaycan dövlətinə belə hal yaraşarmı”, Məmmədov deyib.

Dağlıq Qarabağ problemi bütün çıxışların əsas mövzularından olub.

“İndiki hökumət bir tərəfdən Qarabağda döyüşən insanlara həbsxanalarda işgəncə verir, onların döyüşlərdə aldığı yaraları tapdalayır, digər tərəfdən ermənilərlə qarşılıqlı etmad yaradılmasından danışır,” Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı bildirib.

Milli Şura mitinq keçirib
Milli Şura mitinq keçirib

Çıxışlarda siyasi məhbus kimi tanınan şəxslərin həbsdən azad edilməsi üçün hökumətə dəfələrlə çağırışlar edilib. Natiqlər siyasi məhbusların, o cümlədən həbsdə olan dindarların saxta ittihamlarla həbs edildiyini diqqətə çatdırıb.

“Mehman kimi gənci həbsdə saxlamaq Azərbaycan gəncliyini məhkum etməkdir. Gözəl Bayramlı iki ildir həbsdədir. Gözəl xanım kimi ləyaqətli bir qadını həbsdə saxlamaq Azərbaycanın mənəviyyatını təhqir etmək deməkdir,” Milli Şuranın üzvü Gültəkin Hacıbəyli qeyd edib.

Milli Şuranın üzvü Rövşən Əhmədli inanclı insanların həbs yerlərində işgəncələrə məruz qalmasına diqqəti çəkib.

“Müsəlman Birliyi Hərəkatının sədr müavini Abbas Hüseynin anası deyir ki, oğlunun paltarını soyundurb olmazın işgəncə veriblər. Hazırda da Kürdəxanıda karsda saxlayırlar,” Əhmədli bildirib.

Milli Şura mitinq keçirib
Milli Şura mitinq keçirib

AXCP sədri Əli Kərimli deyib ki, mitinqin əsas tələbi siyasi məhbuslara azadlıq olsa da müxalifətin əsas vəzifəsi ölkəni sülalə hakimiyyətindən azad etməkdir.

O, ölkədə korrupsiyanın tüğyan etdiyini bildirib.

“Necə olur ki, İlham Əliyevin ətrafında ancaq korrupsionerlər, oğrular nazir ola bilir. O xüsusi olaraq yalnız oğrularamı vəzifə verir, yoxsa onun ətrafına kim gəlirsə oğuruya çevirilir?”, AXCP sədri sual edib.

Əli Kərimli aksiya iştirakçılarının daha iri meydanlara yürüş çağırışına da cavab verib. O bildirib ki, etiraz aksiyalarının iştirakçılarının sayı növbəti mitinqlərdə dəfələrlə artacaq və bu zaman daha geniş meydanlar tələb ediləcək.

AXCP sədri yanvarın 26-da növbəti mitinqin keçiriləcəyini bildirib.

Mitinqin qətnaməsində Mehman Hüseynov və bütün siyasi məhbusların həbsdən azad edilməsi tələb edilir. Sənəddə hökumətin hazırda beynəlxalq səviyyədə araşdırma predmeti olan milyardlarla dollarlarla bağlı xalq qarşısında hesabat verməsi istənilir. Həmçinin “Azərbaycan landromatı” işinin araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsi, ofşor zonalarda gizlədilmiş pulların ölkəyə qaytarılması tələb edilir.

Daha sonra aksiyanın təşkilatçılarından saxlanan şəxslərin azadlığa buraxılması, cərimə edilənlərin cərimələrinin ləğvi istənilir.

Mitinqlə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında deyilir ki, aksiyada Milli Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Milli Şura mitinq keçirib
Milli Şura mitinq keçirib

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.

Bloger dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger maye süd məhsulları qəbul etsə də, qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Rəsmi Bakı yerli və beynəlxalq tənqidləri qəbul etmir. Rəsmilərin firkincə, ölkədə bütün fundamental azadlıqlar, o cümlədən media azadlığı tam təmin edilib, insanlar qanun qarşısında bərabərdir, siyasi təqiblər yoxdur. Dövlət rəsmiləri Azərbaycanda siyasi məhbusların olmadığını bəyan edir.

Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

Prezident Əliyev Azərvaycanın iqtisadi-sosial sahədə sürətə inkişaf etdiyini, ümumdaxili məhsulun, əhalinin gəlirlərinin durmadan artdığını, işsizliyin minimum səviyyədə olduğunu, korrupsiyaya qarşı ciddi mübarizə aparıldığını bildirir.

Bununla yanaşı, hüquq müdafiəçiləri 150 nəfəri siyasi məhbus elan edib. Beynəlxalq təşkilatlar 10 jurnalist və blogerin həbsdə olduğunu bildirir. Amnesty İnternational ondan çox insanı vicdan məhbusu kimi tanıyır.

Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin edib.

Azərbaycanda 2003-cü ildən indiyədək azı beş nazirliyin onlarla yüksək vəzifəli əməkdaşı iqtisadi cinayətkarlığa görə ittiham edilib. Bir sıra xarici dövlətlərdə də Azərbaycanın vəizfəli şəxslərinin adı keçən cinayət araşdırmaları var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG