Accessibility links

Bakıda "Meyvəli"də kütləvi zəhərlənmə olub


İyulun 17-də Bakıda "Meyvəli"-də( meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazası) kütləvi zəhərlənmə olub

Bu barədə Səhiyyə Nazirliyi məlumat verib.

Məlumata görə, hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Səhiyyə Nazirliyindən bildirilib ki, təcili yardıma ilk çağırış saat 10:15 radələrində olub. Həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırıblar. Nazirlikdən qeyd edildiyinə görə, bir qədər sonra daha üç nəfərin halının pisləşdiyi bildirilib və onlar da Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə aparılıb.

Məsələ ilə bağlı ayrı-ayrı yerli saytlarda yayılan məlumatlarda zərərçəkənlərə istinadən vurğulanır ki, onlar yumurta yedikdən sonra özlərini pis hiss ediblər.

Səhiyyə Nazirliyindən isə deyilib ki, xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir, sağlıq vəziyyətləri orta-ağırdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG