Fevralın 23-ü axam saatlarından Bakıda və Abşeron yarımadasında qarlı-çovğunlu hava müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində hava şəraiti kəskin dəyişib, yağıntılı olub, qar yağıb, bəzi yerlərdə intensiv olub, güclü şimal-qərb küləyi əsib.
Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 18 mm. çatıb.
Qar örtüyünün hündürlüyü ölkənin bəzi rayonlarında 50 santimetrədək olub.
Şimal-qərb küləyinin sürəti 28 metr-saniyəyədək güclənib, Xəzər dənizindəki Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4.4-4.9, Aran rayonlarında 0-3, dağlıq rayonlarda 3-5, yüksək dağlıq ərazilərdə 8-12, Naxçıvanda 3-8 dərəcə şaxta olub.
Bakı Nəqliyyat Agentliyinin məlumatında deyilir ki, paytaxt yollarında nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.
Metereoioji amilləri nəzərə alaraq sərnişin avtobusları minimal sürətlə hərəkət edir.
Bakıda qar yağıntısı hələ də davam edir.
Paytaxtın müxtəlif yerlərində xüsusi çadırlar quraşdırııb. Hava şəraiti ilə əlaqədar isinməyə ehtiyacı olanlar burada həm isti çay içə, yemək yeyə və dincələ bilər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov bildirib ki, 25 yol-nəqliyyat hadisəsi baş verib.