Accessibility links

Bakıda Rusiya baş qərargah rəisi və NATO-nun Avropadakı komandanı görüşüb


Fevralın 6-da Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Volters arasında görüş keçirilib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departamenti məlumat yayıb.

"Komandanlar strateji sabitlik, dünyanın böhranlı bölgələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıb, tərəflərin hərbi fəaliyyəti nəticəsində ortaya çıxan mənfi hadisələri aradan qaldırmaq məqsədilə hərbi təmayüllü əməli addımları müzakirə edib," məlumatda deyilir.

XS
SM
MD
LG