Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov iyulun 10-da Bakıya işgüzar səfərə gəlib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, o Bakıda NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı Tod Uolters ilə görüşəcək. Həmçinin Rusiya Baş Qərargah rəisinin Azərbaycanın hərbi-siyasi rəhbərliyilə danışıqları planlaşdırılıb.
Mayda ABŞ Hərbi-Hava Qüvvələr generalı Tod Uolters NATO-nun Avropada Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı təyin edilib. O, bu postda Kertis Skaparrottini əvəz edib.
Bundan öncə də Rusiya və NATO rəsmiləri arasında Bakıda bir neçə görüş olub.