Accessibility links

Bakının Fəvvarələr meydanında “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib


Dekabrın 15-də paytaxt Bakıda, Fəvvarələr Meydanında həbsxanada 40 gündür aclıq edən və dekabrın 13-dən quru aclığa keçən Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə etiraz aksiyası keçirilb.

Aksiya iştirakçıları "Saleh Rüstəmovu azad et!", "Öldürmə, azad et!" şüarları səsləndirib.

Polis aksiyaya müdaxilə edib, iyrimidən çox insan saxlanılıb.

Saxlanılanlar arasında Milli Şuranının Koordniyasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və onun qızı Nigar Həzi, Saleh Rüstəmlinin bacısı, Xaıq Cəbhəsi və Müsavat partiyasının üzvləri də var.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) məlumat yayıb ki, bugünkü aksiyada 30 nəfərə yaxın şəxs saxlanılıb.

Bakıının Fəvvarələr meydanında “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib
Bakıının Fəvvarələr meydanında “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib

Azərbaycan Daxili İşlər Nazirliyinin açıqlaması

Azərbaycan Daxili İşlər nazirliyi Fəvvarələr meydanında Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmliyə azadlıq tələbi ilə keçirilən etiraz aksiyası ilə bağlı açıqlama verib.

“Dekabrın 15-də saat 12 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib” Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti qeyd edib.

Bakıının Fəvvarələr meydanında “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib
Bakıının Fəvvarələr meydanında “Saleh Rüstəmliyə azadlıq!” şüarı ilə aksiya keçirilib

Məlumata görə, cəhdin qarşısı alınaraq həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

“Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanuni tələblərinə riayət etməyən bir neçə nəfər saxlanılıb və xəbərdarlıq edildikdən sonra onlar sərbəst buraxılıblar” məlumatda deyilir.

Bundan əvvəl də dekabrın 1-də və 11-də Saleh Rüstəmlinin azadlığı tələbi ilə Bakıda etiraz aksiyaları olub. Həmin aksiyalarda onlarla insan saxlanılıb. Onların bir çoxu sərbəst buraxılsa da, beş nəfərə karantin rejiminin pozulması ittihami ilə inzibati həbs verilib.

Saleh Rüstəmli kimdir?

Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı Saleh Rüstəmli 2018-ci ilin mayında həbs edilib və "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" haqqında iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Saleh Rüstəmli
Saleh Rüstəmli

Bu il noyabrın 6-dan etibarən o, azad edilməsi tələbi ilə müddətsiz aclığa başlayıb.

Saleh Rüstəmli 1992-1993-cü illərdə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

Yerli və beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri, ziyalılar, jurnalistlər Rüstəmlinin azadlığa buraxılması xahişi ilə hökumətə çoxsaylı müraciətlər edib.

Beynəlxalq ictimaiyyətin Saleh Rüstəmli ilə bağlı reaksiyası

ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays dekabrın 10-da Twitter səhifəsində yazıb ki, Azərbaycan humanitar səbəblərdən Rüstəmlini təcili azad etməlidir ki, o, adekvat tibbi yardım ala bilsin. Artıq 35 gündür ki, aclıq aksiyasını davam etdirir və ölümə yaxındır.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçiləri Stefan Şennak və Riçard Bekon Saleh Rüstəmlinin durumu ilə bağlı xüsusi açıqlama yayıb.

Açıqlamada qeyd edilir ki, Saleh Rüstəmli ilə bağlı məsələ Azərbaycanda ədalətsiz mühakimənin geniş tətbiq edildiyini sübut edən faktlardan biridir.

AŞPA-nın yaydığı sənəddə Saleh Rüstəmlinin uzun müddət davam edən aclıq aksiyası nəticəsində səhhətinin narahatlıq doğuracaq səviyyədə olduğu bildirilir.

“Biz Azərbaycan hökumətini Saleh Rüstəmlini humanitar mülahizələrlə dərhal azadlığa buraxmağa çağırırıq,” məruzəçilər bildirir.

XS
SM
MD
LG