Accessibility links

Bakıda təqsirləndirlən şəxslər məhkəmə zalında özlərinə xəsarət yetirib


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq və İŞİD-ə maliyyə yardımı etməkdə günahlandırlan 11 nəfərin hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər özlərin xəsarət yetirib.

Təqsirləndirilən şəxslərin məhkəmə zalında olan ailə üzvlərinin sözlərinə görə, Samir Qurbanov, Əflatun Bayramov, Amin Həsənov və Ələddin İbişov ülgüclə (lezva) qol damarlarını doğrayıb. Sonra onlar ülgücləri boğazlarına dayayıblar.

Bu zaman hakimlər məhkəmə zalını tərk edib. Penietnsiar Xidmətin konvoyları təqsirləndirlən şəxsləri sakitləşdirə bilib.

Suriyada qanusuz silahlı birləşmələrdə döyüşməkdə, terrorçuluqda ittiham edilən Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il qabaq həbs edilib.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

2020-ci ilin fevralında məhkəmə prosesi başlayıb. Məhkəmə iclasları bir müddət koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Təqsirləndirlərin ailə üzvləri övldalarının ittihamları qəbul etmədiyini bildirir.

“Bunlara verilən ittihamlar absurddur. Onlar namaz qılan dindarlardır. Buna görə insanı həbs etməzlər,” təqsirləndirilənlərdən birinin anası bu gün jurnalistlərə deyib.

Penitensiar Xidmətdən özünə xəsarət yetirən təqsirləndirilən şəxslərin səhhəti ilə bağlı hələ məlumat almaq mümkün olmayıb.

XS
SM
MD
LG