Accessibility links

Bakıda TexFest festivalı keçirləcək


TexFest festivalı
TexFest festivalı

Iyunun 2-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə tərəfdaşlıq şəklində işləyən və Mars Akedimiyası tərəfindən dəstək alan Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi Bakıda ilk dəfəTechFest Festivalının keçirilməsini elan edir.

ABŞ-ın Azərbaycandakı Səfirliyiinin facebook səhifəsində yaydığı məlumata görə, festival saat 10-dan 18-dək Heydər Əliyev Mərkəzində keçiriləcək.

TechFest ” “özün yarat” (“birlikdə yarat”) ruhunda olan və öz nailiyyətlərini Azərbaycan xalqı ilə bölüşmək istəyənlər üçün nəzərdə tutulub.

“TechFest” yerli istehsalçılar üçün öz məhsullarını sərgiləmək, master-klasslarda iştirak etmək və layihələrini beynəlxalq münsiflər heyətinə təqdim etmək üçün geniş imkanlar təklif edir.

Xatırladaq ki, hazırda Azərbaycanda ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, eləcə də təşkilatçılığı ilə Gənclər və İdman, Təhsil nazirlikləri, Heydər Əliyev Mərkəzi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi və “Azercell” şirkəti ilə birgə “İnnovasiya Festivalı” (“İnnoFest”) keçirilir.

Tədbirdə 300-dən çox yerli və xarici şirkət, 70-dən artıq natiq və 50-dək ölkədən nümayəndə iştirak edir.

TechFest Festivalı da bu forum çərçivəsində keçirilir.

XS
SM
MD
LG