Accessibility links

Bakıda yanğın. Zərərçəkənlər var


Hadisə yerindən AzadlıqRadiosuna verilən məlumata görə, artıq yanğın tam söndürülüb.

Şahidlərin dediyinə görə, hadisəyə səbəb kimi binanın liftinin şaxtasında başlayan tüstülənmə göstərilir. Rəsmi qurumlar, hələlik, yanğınla bağlı araşdırmalarını davam etdirirlər.

***

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib.

"Hadisə nəticəsində ölüm hadisəsi olmayıb. Tüstü nəticəsində zənərlənənlərə - 4-ü uşaq, 6-sı qadın olmaqla - yerində tibbi xidmət göstərilib",-Səhiyyə Nazirliyindən bildiriblər.

***

Bakı şəhəri, Şəfaət Mehdiyev küçəsində yerləşən yeni çoxmərtəbəli binada yanğın başlayıb.

Əraziyə yanğınsöndürən və təcili yardım maşınları gəlib.

Hazırda çoxmərtəbəli binada yanğın davam edir və onun söndürülməsindən ötrü tədbirlər görülür.

Bakıda yanğın
Bakıda yanğın

Xilasedicilər sakinləri binadan çıxarmağa çalışırlar.

Hadisə zamanı tüstüdən zəhərlənənlərə həkimlər yardım edir. Onların arasında uşaqlar da var.

Məlumat barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.İlkin səbəb kimi elektrik kabellərindəki tüstülənmə göstərilib:

"Hazırda Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ərazidədir. Bütün aidiyyatı dövlət qurumları məlumatlandırılıb. İlkin məlumata əsasən, binadakı elektrik kabellərində tüstülənmə var".

XS
SM
MD
LG