Accessibility links

Bakıda "Zəfər Paradı" keçirildi


Dekabrın 10-da Bakıda "Zəfər Paradı" keçirilib.

Paradın 44 gün davam edən savaşın zəfərlə başa çatmasına həsr edildiyi deyilib.

“Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər Paradıdır.”

Bu sözləri Bakının Azadlıq meydanında Qarabağ müharibəsindəki hərbi uğurlara həsr olunmuş paraddakı çıxışında Prezident İlham Əliyev deyib.

Hərbi əməliyyatlarda Azərbaycan Ordusunun peşəkarlığını vurğulayan Əliyev əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi və strateji yüksəkliklərin azad edildiyini bildirib.

"44 gün ərzində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi. İşğala son qoydu."

Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan da iştirak ediblər. Türkiyə prezidenti paradda nitq deyib.

"Erməni siyasətçilərin sülh və sabitliklə bağlı cəsur addımlar atmalarını təmənna edirik. Qardaşım İlham Əliyev Azərbaycan xalqının yaşadığı bu qədər ağrı-acıya baxmayaraq, təqdir ediləsi davranış nümayiş etdirir. Onun xoş niyyətli səylərini biz də dəstəkləyir, həmsöhbətləri tərəfindən dəyərləndirilməsini istəyirik. Şəhidlərimizin fədakarlıqları sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən bərpa etdi. Azərbaycan Tərtər çayının suyuna qovuşdu. Laçın, Şuşa, Kəlbəcər artıq azaddır. Rəbbimə bizlərə bu günləri yaşatdığına görə sonsuz təşəkkür edirəm. Qarabağ Azərbaycandır! Qarabağ artıq Ana Vətəni ilə qucaqlaşıb, 30 illik həsrət sona çatıb," Ərdoğan bildirib.

Azadlıq meydanında keçirilən hərbi paradda 3000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub.

Paradda, həmçinin, müharibə zamanı hərbi qənimət kimi ələ keçirilən Ermənistana məxsus hərbi texnikanın bir qismi də nümayiş olunub.

Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də paradda keçid edib.

Ermənistan rəsmiləri paradla bağlı şərh verməyib.

Bakıdakı hərbi parad 44 gün davam edən və Azərbaycanın geniş ərazilərə nəzarəti bərpa etməsi ilə müşayiət olunan döyüşlərdən sonra keçirilir. Döyüşlər nəticəsində hər iki tərəfdən minlərlə hərbi qulluqçunun və 100-dən çox dinc sakinin həlak olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG