Accessibility links

Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilib


Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilib
Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilib

Sentyabrın 15-də Azərbaycanda paytaxt Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilir. Bu gün ölkə ictimaiyyəti, ictimai-siyasi təşkilatlar Azərbaycanda həlak olmuş Türkiyə hərbçilərinin məzarlıqlarını ziyarət edir, gül çələngləri ilə onların xatirıəsini yad edir.

Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilib
Bakının azad edilməsinin 101-ci ildönümü qeyd edilib

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Xalq Cümhuriyyətinin milli ordusu Bakını “Sentrokaspi diktaturası" hökumətinin eser-menşevik hərbi birliklərindən, ingilis ekspedisiya qruplaşmasından azad edib. Bundan sonra 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti Gəncədən Bakıya köçüb.

Qafqaz İslam Ordusu
Qafqaz İslam Ordusu

Bakının azadlığı uğrunda döyüşlərdə minə yaxın türk əsgər və zabit, beş min Azərbaycan vətəndaşı həlak olub.

Bakıda hakimiyyət AXC hökumətinin əlinə keçdikdən sonra Qafqaz İslam Ordusunun bir hissəsi regiona göndərilib, Nuru Paşa yerlərdə hissələrə rəhbərlik etmək üçün Ağdama gedib. Tezliklə onun rəhbərlik etdiyi ordu Şuşaya daxil olub və Azərbaycan bayrağını şəhərin üzərində qaldırıb.

Müsavat Partiasının fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir
Müsavat Partiasının fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir

Bu gün minlərlə insan, o cümlədən siyasi partiyalar, ictimai təşkilatlar Şəhidlər Xiyabanında və ölkənin regionlarındakı Türkiyə hərçilərinin məzarlarını ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib. Yürüş iştirakçıları Bakının azad edilməsinin 101-ci ildönümü münasibətilə 101 ədəd Azərbaycanın və 101 ədəd Türkiyənin dövlət bayraqlarını daşıyıblar.

Milli Şuranın fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir
Milli Şuranın fəalları Türkiyə hərbçilərinin şərəfinə ucaldılmış abidəni ziyarət edir

“Bizim dostluğumuz, qardaşlığımız çoxəsrlik tarixi ənənələrə arxalanır. Bizim dədələrimiz-babalarımız dar gündə bir-birilərinin harayına çatıblar. Bir səngərdə ümumi düşmənə qarşı birlikdə mücadilə aparıblar. Biz Çanaqqala savaşında şəhid olan azərbaycanlıları, Cümhuriyyət quruculuğu ərəfəsində Azərbaycanın göstərdiyi qardaş köməyini heç vaxt unutmuruq. Biz həmişə sizin yanınızdayıq. Beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndəsi yoxdursa, biz varıq, bizim nümayəndəmiz yoxdursa, siz varsınız. Biz bir millət, iki dövlətik,” Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

XS
SM
MD
LG