Accessibility links

Bakının azad olunmasının 100 illiyi paradı ilə bağlı son hazırlıq


Bakının azad olunmasının 100 illiyi münasibətilə keçiriləcək paradla bağlı son hazırlıq
please wait

No media source currently available

0:00 0:00:52 0:00

Bakının azad olunmasının100 illiyi münasibətilə keçiriləcək paradla bağlı son hazırlıq

Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirak edəcəyi gözlənilir

1918-ci il sentyabrın 15-də Bakı bolşeviklərin işğalından azad edilib və milli hökumət Gəncədən Bakıya köçürülüb. Bakının azad edilməsindən keçən 100 ildən sonra 2018-ci il sentyabrın 15-də “Azadlıq” meydanında parad keçiriləcək.

Paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın iştirak edəcəyi gözlənilir.

Parada son hazırlıq işləri başa çatıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, “Azadlıq” meydanı və Neftçilər prospektində hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

“Eyni zamanda Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsindən və 20-ci sahə dairəsindən Bayraq meydanı ərazisindən Yusif Səfərov və Afiyyətdin Cəlilov küçəsinin kəsişməsinə qədər, həmçinin Azadlıq prospektinin 28 May küçəsi, Səməd Vurğun, Zərifə Əliyeva küçələrinin kəsişməsi üzrə istiqamət dəyişdirilir”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG