Accessibility links

Bakının azad olunmasının 102-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib


Bu gün, sentyabrın 15-də Bakının eser-menşeviklərdən azad edilməsinin 102-ci ildönümü münasibəti ilə paytaxtda çoxsaylı insan “Türk şəhidliyi” abidəsi önündə anım mərasimi keçirib.

Anım mərasiminin iştirakçıları “Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”, “Türkiyə Ordusu Azərbaycanda qal!” şüarları səsləndirib.

Türk şəhidliyində
Türk şəhidliyində

Müxalifətdə olan Demokratik Qüvvələrinin Milli Şurasının üzvlərinin isə anım mərasimi keçirməsinə polis imkan verməyib. Digər şəxslərin keçirdiyi mərasimdə onlarla insanın iştirak etməsinə baxmayaraq, Milli Şura üzvlərindən abidənin önünə bir neçə nəfər buraxılıb. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri ƏIli Kərimlinin çıxış etdiyi zaman polis Milli Şuranın digər üzvlərini abidənin yaxınlığından uzalqaşdırmağa başlayıb. Kərimli insidentə yol verilməməsi üçün çıxışını yarımçıq dayandırıb.

“102 il öncə Bakı işğalçılardan azad edilib. Çox təəssüf ki, bu gün tarixdə öz qiymətini almayıb. Azərbaycan dövləti güclü olmalıdır ki, 102 il əvvəl Bakını azad etdiyi kimi bundan sonra da Qarabağı azad edə bilsin,” deyəndən sonra Kərimli abidənin önünü tərk etməli olub. O, polisin hərəkətlərini tənqid edib.

Milli Şuranın üzvləri Türkiyə şəhidliyini ziyarət zamanı
Milli Şuranın üzvləri Türkiyə şəhidliyini ziyarət zamanı

Müsavat Partiyasının üzvləri də “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, 15 sentyabr Bakının azad edilməsi ilə yanaşı, həm də Azərbaycan-Türkiyə dostluğu günüdür.

“Türkiyənin Qafqaz İslam Ordusunun Bakını azad etməsi ilə Azərbaycan-Türkiyə dostluğunun əbədi olması təmin edilib. Min il keçsə də, Azərbaycan xalqı Nuru Paşanı unutmayacaq. Azərbaycanın işğaldan azad edilməsində iştirak edən Türkiyə döyüşçülərinin şücaətini, türk şəhidlərinin xatirəsini heç zaman unutmaycağıq. Azərbaycanda xalqın iradəsi ilə hakimiyət qurulandan sonra 28 May (Azərbaycan Xaql Cümhuriyyəti yaradılıb-red.) günü də, 18 Oktyabr (Dövlət Müstəqilliyi Günü-red.) günü də, 15 Sentyabr günü də layiqli bir bayram kimi qeyd ediləcək. Bu gün ümumxalq bayramıdır. Bu gün təkcə Azərbaycanın deyil, türk dünyasının bayramıdır,” Arif Hacılı qeyd edib.

Müsavat Patyiyası fəalları ilə polis atrasında insident olub
Müsavat Patyiyası fəalları ilə polis atrasında insident olub

Ziyarət zamanı polis əməkdaşları ilə Müsavat Partiyasının üzvləri arasında insident yaşanıb. Polis müxalif partiyanın fəallarının ərazini tərk etməsini tələb edib.

1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Türkiyənin Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri azad edib. Bununla da 1918-ci il mayın 28-d elan edilən Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.

Tarixi məlumatlara görə, Türkiyə Ordusu Bakının azad olunması uğrunda hərbi əməliyyatlar zamanı 1130 hərbçisini itirib. Ümumilikdə isə Türkiyə Ordusu Azərbaycan uğrunda döyüşlərdə 5 minə yaxın hərbçisini itirdiyi barədə məlumatlar var.

Qafqaz İslam Ordusu
Qafqaz İslam Ordusu

Türkiyə Ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə 10-larla məzarlıqlar indi də qalmaqdadır.

1919-cu ilin sentyabrında Bakıda indiki Şəhidlər Xiyabanında türk hərbçilərinin xatirəsinin əbədiləşdirilməsi üçün abidənin özülü qoyulub, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan verməyib. Lakin Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa edəndən sonra Türkiyə hərbçilərinin şərəfinə 1999-cu ildə Şəhidlər Xiyabanında abidə ucaldılıb. Abidənin üzərində Bakı uğrunda döyüşlərdə həlak olan 1130 Türkiyə hərbçinin adı həkk edilib.

XS
SM
MD
LG