Accessibility links

Bakının mərkəzində "Muzey gecəsi" layihəsi keçirilib


Bakının mərkəzində "Muzey gecəsi" layihəsi keçirilib
please wait

No media source currently available

0:00 0:03:36 0:00

COVİD 19 pandemiyası səbəbi ilə beynəlxalq aləmdə baş tutmalı olan bütün növ tədbirlər, yaranmış situasiya uyğun şəkildə həyata keçirilmək məcburiyyətindədir. Bu qəbildən olan və hər il beynəlxalq “Muzeylər Günü”ndə təşkil olunan, “Muzeylər Gecəsi” beynəlxalq aksiyası da məhz pandemiya səbəbindən tarixində ilk dəfə olaraq qeyri-ənənəvi formatda baş tutdu. Bakının mərkəzi küçələrində, hündür binaların fasadında ekskluziv rəsm əsərlərinin toplusu YARAT müasir incəsənət mərkəzinin rəqəmsal platformasında multimedia formatında sərgilənib. Şəhər əhalisi açıq havadan və evlərin eyvanlarından müxtəlif mövzuları əhatə edən və fərqli tarixi dövrlərə aid muzey kolleksiyaları, qiymətli eksponatlar və sərgi layihələri haqqında yeni məlumatlar əldə etdilər.

XS
SM
MD
LG