Accessibility links

Bakının mərkəzində qadınlara dəstək məqsədi ilə performanslar nümayiş olunub


Bakının mərkəzində qadınlara dəstək məqsədi ilə performanslar nümayiş olunub
Bakının mərkəzində qadınlara dəstək məqsədi ilə performanslar nümayiş olunub

Bu gün, martın 6-da Bakının mərkəzində qadınlara dəstək məqsədi ilə "Ay bəri bax, bəri bax", "Qadının Səsi"- adlı kolleborativ publik performanslar nümayiş olunub. Performansdakı obrazları ADO teatrının aktyorları canlandırıb. Nümayişlər Gender Hub Azerbaijan və ADO teatrınının birgə əməkdaşlığı çərçivəsində baş tutub.

ADO teatrının məlumatında deyilir ki, bu multidisiplinar performans göstərişi müxtəlif patriarx və məişət - səs, əşya və insan medyumlarını küçəyə çıxararaq qadınların cəmiyyətdəki kimliklərini-identifikasiyalarını ictimailəşdirib.

Bakının mərkəzində qadınlara dəstək məqsədi ilə performanslar nümayiş olunub
Bakının mərkəzində qadınlara dəstək məqsədi ilə performanslar nümayiş olunub

“Hər iki performans Bakının mərkəzi küçələrində nümayiş olunub. “Ay bəri bax, bəri bax” performansının rejissoru ADO teatrının aktrisaları İskra Tarrant, “Qadın səsi” performansının rejissoru isə Elsa Furtadodur,” məlumatda qeyd edilir.

Performansların nümayişi 8 mart Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf edir.

ADO (Azərbaycan Dağınıq Oda teatrı) teatrı 15 iyul 2013-cü ildə aktyor və rejissor Elmin Bədəlov tərəfindən yaradılıb. Teatr Azərbaycanın ilk müstəqil və modern teatrı kimi tanınır.​

GHA (Gender Hub Azerbaijan) qadın və qızların zorakılıq hallarının qarşısının alınması məqsədilə ictimai məsələləri işıqlandırmaqla bərabərlik yaratmaq üçün birgə iş platformasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG