Accessibility links

Bakıda etiraz aksiyası - Əli Kərimli saxlanılıb

Polis aksiya iştirakçılarına qarşı
Polis aksiya iştirakçılarına qarşı

Onlarla saxlanılan var

Oktyabrın 19-da Milli Şura Bakıda metronun 28 may stansiyasının qarşısındakı meydanda mitinq keçirməyə cəhd edib.

Mitinqdən öncə metronun ətrafındakı küçələr, həmçinin metronun 28 May, Cəfər Cabbarlı və Xətai stansiyalarına giriş və çıxış bağlanıb.

Bakıda etiraz aksiyası - Əli Kərimli saxlanılıb
please wait

No media source currently available

0:00 0:11:29 0:00

AXCP sədri Əli Kərimli saat 14:50-də evindən çıxaraq meydana doğru irəliləyib. Bu zaman polis qüvvələri əvvəlcə onun ətraflndakı tərəfdarlarını, daha sonra isə Əli Kərimlini saxlayıb.

Bundan sonra aksiya iştirakçıları ətraf meydan və küçələrə yayılıb. Onlarla aksiya iştirakçısı saxlanılıb.

Müşahidəçilərin dediyinə görə, bu, 2003-cü il prezident seçkilərindən sonra müxalifətin polislə qarşıdurma şəraitində keçən və çoxsaylı insanların həbs edildiyi ən kütləvi aksiya olub.

Müxalifətin mitinqinin qarşısının alınmasında Çevik Polis Alayının yüzlərlə əməkdaşı iştirak edib.

Milli Şuranın etiraz aksiyası

AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqub saxlanılarkən
1/15 AXCP sədri Əli Kərimli və Milli Şuranın üzvü Tofiq Yaqub saxlanılarkən
AXCP fəalı saxlanılarkən
2/15 AXCP fəalı saxlanılarkən
AXCP fəalı təzyiqə məruzə qalıb
3/15 AXCP fəalı təzyiqə məruzə qalıb
AZXP sədri Əli Kərimli polis tərəfindən saxlanılır
4/15 AZXP sədri Əli Kərimli polis tərəfindən saxlanılır
Milli Şuranın üzvü Vahid Məhərrəmli saxlanılan zaman
5/15 Milli Şuranın üzvü Vahid Məhərrəmli saxlanılan zaman
28 may metrosu ətrafında polis kordonu
6/15 28 may metrosu ətrafında polis kordonu
Polis aksiya iştirakçılarına qarşı
7/15 Polis aksiya iştirakçılarına qarşı
AXCP sədri Əli Kərimli aksiya zamanı
8/15 AXCP sədri Əli Kərimli aksiya zamanı
28 May metrosunun qarşısındakı meydana polis nəzarət edir
9/15 28 May metrosunun qarşısındakı meydana polis nəzarət edir
Milli Şuranın aksiyası
10/15 Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası
11/15 Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası
12/15 Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası
13/15 Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası
14/15 Milli Şuranın aksiyası
Milli Şuranın aksiyası
15/15 Milli Şuranın aksiyası
Previous slide
Next slide

Bakı Şəhər Baş Polis İdarəsi Milli Şuranın aksiyasının qanunsuz olduğunu bildirib.

“Qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb. Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqa zidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıb.”

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin məlumatında deyilir.

Bakıda etiraz aksiyası-Saxlanılanlar var
please wait

No media source currently available

0:00 0:01:56 0:00

Müstəqil müşahidəçilər aksiyada iştirak edənlərin və polis tərəfindən saxlanalanların sayının dəfələrlə çox olduğunu bildirir. Məlumatda bildirilir ki, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib.

Saxlanılanlar arasında AXCP sədri Əli Kərimli, onun müavinləri, Milli Şuranın üzvləri Tofiq Yaqublu, Vahid Məhərrəmli və digərləri var.

XS
SM
MD
LG