Accessibility links

Bakı-Ərzurum qaz kəmərində partlayış baş verib


Hadisənin terror aktı olması istisna edilmir.

Mayın 29-da axşam Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyə hissəsində partlayış baş verib. Nəticədə Azərbaycandan Türkiyəyə qaz verilməsi dayandırılıb. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidməti məlumat yayıb.

Türkiyənin TRT telekanalının məlumatına görə, Qars şəhəri yaxınlığında baş vermiş partlayış nəticəsində alov 100 metrədək hündürlüyə qalxıb. Hadisənin terror aktı olması istisna edilmir.

Xatırladaq ki, bu qaz kəməri ilə hər il Azərbaycandan Türkiyəyə bir neçə milyard kubmetr qaz nəql olunur.

XS
SM
MD
LG