Accessibility links

Bakıda boks üzrə dünya çempionatı başlayıb


Bakıda boks üzrə dünya çempionatı başlayıb
Bakıda boks üzrə dünya çempionatı başlayıb

Dünya çempionatı qalmaqallı pul alınması fonunda açılıb. Beynəlxalq Boks Federasiyasının prezidenti bildirib ki, “bizim üçün ən yüksək ideyalar təmiz iş, dəqiqlik və şəffaflıqdır”. Beynəlxalq Olimpiya Komitəsini rəhbəri AİBA-dan məlumatın araşdırılmasını tələb edib.

Bakıda boks üzrə XVI Dünya Çempionatı başlayıb. Çempionatda dünyanın 113 ölkəsindən 570 idmançı iştirak edir. Eyni zamanda yarışlar olimpiya lisenziya turniri sayılır. Dünya birinciliyi uğrunda dörddə bir finala çıxan boksçular 2012-ci ildə London Olimpiadasına vəsiqə qazanacaq.

Yarışlar Beynəlxalq Boks Federasiyası (AİBA) ətrafında yaranmış qalmaqal fonunda keçirilir. Belə ki, BBC-nin məlumatına görə, bu qurum London Olimpiadasında Azərbaycan yığmasının 2 qızıl medal qazanmasının təmin olunması üçün hansısa özəl investorlardan 9 mln. dollar pul alıb. Qalmaqalda Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov və guya bu sövdələşmədə vasitəçi kimi çıxış edən köməkçisinin adı çəkilir. Lakin, Azərbaycan Boks Federasiyası bu ittihamları rədd edir. AİBA-nın rəhbəri Çinq Kuo Vu da bu cür qanunsuz razılaşmanın olmasını inkar edir və mümkünsüz sayır. “Oyunları hakimlər idarə edir”, - deyə o qeyd edib.

Bazar günü AİBA-nın rəhbəri Çinq Kuo Vu prezident İlham Əliyevlə görüşüb.

Bazar günü Azərbaycan prezidenti həmçinin Dünya Çempionatının təntənəli açılış mərasimində də iştirak edib.

Çinq Kuo Vu açılış mərasimindəki çıxışında qalmaqallı ittihamlara toxunmayaraq bildirib ki, “bizim üçün ən yüksək ideyalar təmiz iş, dəqiqlik və şəffaflıqdır”. “Bütün tamaşaçıları əmin edirəm ki, rinqdə qələbəni ən yüksək və yaxşı nəticələrinə görə fərqlənən boksçu qazanacaq”, - deyə o, vurğulayıb.

Bu, qalmaqala Beynəlxalq Olimpiya Komitəsi də reaksiya verib. Qurumun rəhbəri Jak Roqqe BBC-dən sübut, AİBA-dan məlumatın araşdırılmasını tələb edib.

XS
SM
MD
LG