Accessibility links

Bakıda Fransaya etiraz olub


Bakıda Fransaya etiraz olub
Bakıda Fransaya etiraz olub

Etirazşılar Fransa Milli Assambleyasının erməni soyqırımının inkarına görə cinayət cəzası nəzərdə tutan qanun qəbul etməsini pisləyib.

Azərbaycan Milli İstiqlal Partiyasının 50-yə yaxın fəalı dekabrın 26-da Fransanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. İştirakçılar Fransa Milli Assambleyasının erməni soyqırımının inkarına görə cinayət cəzası nəzərdə tutan qanun qəbul etməsini pisləyib.
Nümayişçilər “Sarkozi türkün düşməni”, “Fransa səfirliyi, Azərbaycandan rədd ol!”, “Parlamentə ar olsun!” şüarları səsləndirib.
Aksiyanın qətnaməsində qeyd edilir ki, Milli Assambleyanın qəbul etdiyi qanun beynəlxalq normalara ziddir, Türkiyəyə təzyiq cəhdidir. “Fransa Senatı bu qanunu təsdiq etməməlidir, Sarkozi isə bütün türklərə qarşı düşmənçiliyinə son qoymalıdır”, - deyə səfirliyin nümayəndəsinə təqdim edilmiş qətnamədə vurğulanır.
Partiyanın fəalı Rəşad Bayramov bildirib ki, Azərbaycan hökuməti Fransanın Total şirkəti ilə neft-qaz müqavilələrinin şərtlərinə yenidən baxmalıdır.

XS
SM
MD
LG