Accessibility links

Baki İcra Hakimiyyəti Milli Şuranın mitinqinə icazə verməyib


Milli Şura yanvarın 19-da mitinq keçirib
Milli Şura yanvarın 19-da mitinq keçirib

Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının 23 fevralda keçirmək istədiyi mitinqə icazə verməyib. Bu barədə Amerikanın Səsinə Milli Şuradan bildiriblər.

Milli Şura mitinqdə siyasi məhbusların azad edilməsini, xalqdan oğurlanmış pulların xalqa qaytarılmasını, milləti bankların maliyyə əsarətinə salmış problemli kreditlərin dövlət tərəfindən ödənilməsini, yəni soyğunçu bank borclarının ləğv edilməsini, uşaq pullarının verilməsini və başqa demokratik tələblər iərli sürəcəyini bildirmişdi.

Milli Şura mitinq keçirir
Milli Şura mitinq keçirir

Meriya mitinqə razılıq verilməməsini yenə Bakı Şəhər Baş Polis İdarəsinin yanvarın 21-dəki müraciəti ilə əsaslandırıb. Həmin müraciətdə deyilir ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.

Bununla yanaşı, Bakı şəhər Baş Polis İdarəsi 19 yanvar mitinqindən sonra yaydığı məlumatda ciddi qanun pozuntusunun qeydə alınmadığını bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın yanvarın 26-na təyin etdiyi mitinqə də eyni müraciəti əsas göstərərək icazə verməmişdi.

Milli Şura sonuncu mitinqini yanvarın 19-da keçirilib. Mitinqin əsas tələbi Mehman Hüseynova və digər siyasi məhbuslara azadlıq idi. Bu mitinq müxalifətin son illərdə keçirdiyi ən kütləvi aksiya olub.

Nə təşkilatçıların həbsi, nə mitinq iştirakçılarına edilən 20 mindən artıq polis zəngi, nə də yaradılan digər maneələr xalqımızı durdura biləcək. Ona görə də məcbur olub, qorxduqlarını etiraf etdilər. Ancaq nə qədər belə davam edə bilər?
Əli Kərimli, AXCP sədri

AXCP-nin məlumatına görə, mitinq ərəfəsində və mitinqdən sonar 50-dən çox müxalifət fəalı saxılanılıb. Yalnız AXCP-nin 40-dan çox fəalı polisin qanuni tələbinə tabe olmamaq və digər ittihamlarla inzibati həbsə məhkum edilib.

AXCP sədri Əli Kərimli bildirib ki, sabah, fevralın 21-də Milli Şura və AXCP rəhbərliyi yaranmış vəziyyəti və sonrakı addımlarıı müzakirə etmək üçün təcili toplanacaq.

“23 fevral mitinqinə razılıq vermədilər. 19 yanvar mitinqindən 1 ay keçsə də, bunların qorxuları keçməyib. Monitorinq etdilər və əmin oldular ki, 23 fevral mitinqi 19 yanvar mitinqindən də kütləvi olacaq. Nə təşkilatçıların həbsi, nə mitinq iştirakçılarına edilən 20 mindən artıq polis zəngi, nə də yaradılan digər maneələr xalqımızı durdura biləcək. Ona görə də məcbur olub, qorxduqlarını etiraf etdilər. Ancaq nə qədər belə davam edə bilər? Azərbaycan xalqı sərbəst toplaşmaq haqqından bunların xatirinə əbədi imtina edəsi deyil,” AXCP sədri Əli Kərimli Bakı şəhər İcra Hakimiyyətinin mitinqi məqsədəuyğun saymaması barədə cavab məktubuna münasibət bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG