Accessibility links

Bakı meriyası müxalifətin mitinqinə icazə verib


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın martın 31-də Bakıda "Məhsul" stadionunda mitinq keçirməsinə razılıq verib.

Milli Şura martın 31-də Bakıda Məhsul stadionunda birgə mitinq keçirmək təçşəbbüsü ilə çıxış edib.

Mitinq "Azad seçki!", "Seçki saxtakarlığına yox!", “Monarxiyaya son!”, “Siyasi məhbuslara azadlıq!”, “Korrupsiyaya son!”, “Bahalaşmaya etiraz edirik!” və digər şüarlar altında keçiriləcək.

Milli Şura, AXCP və Müsavat Partiyası aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərini boykot edir.

XS
SM
MD
LG