Accessibility links

Bakı polisi qadınların “Zorakılığa Qarşı Get” marşı ilə bağlı xəbərdarlıq etdi


İspaniyanın paytaxtı Madrid şəhərində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş yürüş. 8 mart, 2018
İspaniyanın paytaxtı Madrid şəhərində Beynəlxalq Qadınlar Gününə həsr edilmiş yürüş. 8 mart, 2018

“Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaqdır”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsi qadınların martın 8-də keçirəcəkləri yürüşlə bağlı xəbərdarlığında deyilir.

"Sosial şəbəkələrdə azsaylı üzvləri olan, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş - Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər" deyə məlumatda deyilir.

Qeyd olunub ki, Azərbaycan Respublikasının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müraciət etməlidir.

"Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır. Paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaqdır" deyə məlumatda qeyd olunub.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG