Rəvayətə görə 18-ci əsrdə məmur Qriqori Potyomkin kraliça II Yekaterinada müsbət təəssürat yaratmaq üçün Rusiya hökmdarının Krıma səfəri zamanı Dnepr çayı boyunca saxta evciklər tikdirmiş və bununla da idarə etdiyi ərazidə firavanlığın hökm sürdüyünü göstərməyə çalışmışdı. Gözdən pərdə asmaq funksiyası daşıyan bu fırıldaq əməli tarixə “Potyomkin Kəndi” adı ilə düşüb.
“Heydər Əliyev aeroportundan Bakıya gedən asfalt yol, bu ölkənin nefti kimi qara və parıltılıdır. Bu ölkədə hər şey neft pulu bahasına əldə olunub. Və hansı eybi ki, neft pulu aradan qaldıra bilmir, onun üstünü örtməyə çalışır. Magistral yol beton divarlarla əhatələnib, amma ara-sıra onların arxasında bərbad daxmaları görmək mümkündür,” New York Times qəzetinin müxbiri Coşua Levin yazır.
Levin bu yaxınlarda Bakıdan qayıdıb. Onun dediyinə görə bu şəhərdə çoxlu pul var. Yaraşıqlı binalar, gözəl küçələr, bir-birinin ardınca düzülmüş butik mağazalar Neftçilər prospektini bəzəyir. “Ən azı şüşə vitrinlərin arxasında yüksək moda Bakıda çiçəklənir. Tiffany, Gucci, Dior, Bottega Veneta, Burberry, Etro, YSL – bütün qlobal brendlər buradadır.”
Neft hasilatının atması sayəsində Azərbaycanın ümumdaxili məhsulu 2000-ci ildə 7 milyarddan ötən ilki 63 milyard dollara yüksəlib. “O var-dövlətin yalnız cüzi qismi aşağılara damcılayır. Çox sayda azərilər dəhşətli dərəcədə yoxsuldurlar.”
Levinin yazdığına görə maliyyə piramidasının başında atasından hakimiyyəti miras almış İlham Əliyev və onun xanımı Mehriban Əliyev dayanır.
"Əliyevin xanımı Mehriban - Qafqazın Sofiya Loreni - öz geniş efir vaxtından istifadə edərək ölkənin geyim kodunu müəyyənləşdirir.” Burada qadınlar ona oxşamağa çalışırlar. Çoxları Neftçilər prospektindəki butiklərin Əliyevlərin qızı Leylaya yaxud onun ərinə məxsus olduğunu hesab edir.
“Əliyevin arzusu budur ki, tələb olunan mərhələləri keçmədən Bakıya dünya kapitalının toplandığı məkan görüntüsü versin. Los Ancelesdəki Kaliforniya Universitetinin professoru və “Neft Bəlası: Petrol Sərvəti Millətlərin İnkişafını Necə Müəyyənləşdirir” kitabının müəllifi Maykl Rossun sözlərinə görə azərbaycanlılar Paris və Nyu Yorkun səviyyəsinə çatmağa can atırlar. “Onlar iqtisadi baxımdan Serbiya və Belarusdan geridə qalırlar, amma düşünürlər ki, nə qədər tez Nyu Yorka oxşasalar, bir o qədər tez bu, reallığa çevrilər.”
Əslində Bakıdakı butik mağazalarda bazarlıq edən çox azdır. Rüşvət və monopoliya Bakıya idxal olunan məhsulların qiymətini beynəlxalq standartlardandan xeyli baha edir.
Azərbaycan rəhbərliyinin paytaxt Bakını Parisə yaxud Nyu Yorka oxşatmaq cəhdlərinin iflasa uğraması təkcə burada orta sinfin yoxluğundan deyil, həmçinin turizmin kəskin azalmasından irəli gəlir. Ötən il tətbiq edilən sərt visa qaydaları sayəsində Bakıda oteldə qalanların sayı 2005-ci ildə olduğu kimi 70 faizdən 2010-cu ildə 45 faizə düşüb. Amma bununla belə Bakıda otel çarpayılarının sayı artmaqdadır.
“Bu, nazirlərin öz var-dövlətlərini göstərmək üçün yaxşı vasitə ola bilər. Amma burada heç bir iqtisadi məntiq yoxdur,” deyə Lasalle Hotels konsaltinq şirkətinin vitse-prezidenti Marina Usenko bildirir.

Əliyevin xanımı Mehriban - Qafqazın Sofiya Loreni - öz geniş efir vaxtından istifadə edərək ölkənin geyim kodunu müəyyənləşdirir.