Accessibility links

Bako Saakyan Fransa və ABŞ-dan sonra Rusiyaya səfər edib


Dağlıq Qarabağın erməni icmasının lideri Bako Saakyanın Moskvaya səfər etməsi Azərbaycan tərəfindın narazılıqla qarşılanıb.

Bako Saakyanın noyabrın 24-də Moskvaya işgüzar səfər etməsi ilə bağlı Ermənistan mediası xəbər yayıb. Bundan öncə Saakyan noyabrın 14-də Fransada, noyabrın 16-da ABŞ-da səfərdə olub. Saakyanın rəsmi şəxslərlə görüşünün olub-olmaması barədə məlumat yayılmayıb. Maraq doğuran odur ki, Dağlıq Qarabağın erməni icmasının liderinin səfər etdiyi hər üç ölkə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanmasında tərəflər arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Dağlıq Qarabağın erməni icmasının liderinin bu ölkələrə dalbadal səfərlərini zəruri edən səbəblər barədə hər hansı açıqlama verilmir. Amma Bako Saakyanın həmsədr ölkələrə səfərləri ATƏT-in Minsk Qrupunun həmsədlərinin okyabrın 29-dan noyabrın 2-dək Azərbaycan və Ermənistana səfərlərindən sonraya təsadüf edir.

Səfərdən sonra Minsk Qrupunun həmsədrlərinin yaydığı birgə bəyanatda deyilir ki, səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olub.

Xarici İşlər Nazirliyi
Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 14-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu ilin dekabrında Milanda keçiriləcək ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində görüşəcəyi barədə mətbuatda yayılan məlumatlara münasibət bildirərkən vurğulayıb ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşün təşkili istiqamətində müvafiq iş aparır.

"Azərbaycan tərəfi həmsədrlərin sülh danışıqlarını irəli aparmaq və Ermənistanı danışıqlarda konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyir", Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib.

Bununla parallel olaraq Azərbaycan Xarici İşlər Nazirliyi Bako Saakyanın Fransaya və ABŞ-a səfərlərinə etiraz ifadə olunan bəyanatlatla çıxış edib. ABŞ və Fransa isə Azərbaycanın ərazi bütövlüyünü tanıdğını və münaqişənin dinc yolla nizamlanmasını dəstəklədiyini bildirib.

Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər.

Bako Saakyanın Rusiyaya səfərinə gəlincə Azərbaycan xarici İşlər Nazirliyi bildirir: “Qanunsuz separatçı rejimin nümayəndəsinin Rusiyanın ərazisinə daxil olmasına icazə verilməsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesinin irəli aparılması səylərinə xələl gətirir və Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədri qismində vasitəçilik öhdəlikləri ilə ziddiyyət təşkil edir”.

Nazirliyin bu gün yaydığı açıqlamasında deyilir ki, Rusiya tərəfinin bu addımı Azərbaycan və Rusiya arasında mövcud olan münasibətlərin yüksək səviyyəsinə uyğun gəlmir və ikitərəfli münasibətlərin normativ-hüquqi bazası ilə, xüsusilə də "Tərəflərin separatçı hərəkatları dəstəkləməmək, digər tərəfin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönələn şəxslərin fəaliyyətini qadağan etmək öhdəliyini" əks etdirən Rusiya və Azərbaycan arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə ilə ziddiyyət təşkil edir.

“Qanunsuz qurumun "rəhbərinin" ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinə səyahətləri, münaqişə üzrə vəziyyətin gözlənilməz inkişafına gətirib çıxara bilər. Belə olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, nazirlik xəbərdarlıq edir.

Ermənistandan kənarda ermənilər ən çox Rusiya ərazisində yaşayır. Rəsmi rəqəmlərdə bir milyon yarım göstərilsə də qeyri-rəsmi mənbələr onların sayının bir neçə milyon olduğunu təxmin edir.

Amerikanın erməni icması Rusiyadan sonra Ermənistandan kənarda yaşayan ikinci ən böyük erməni icması hesab edilir. Müxtəlif mənbələrdə ABŞ-da 800.000 ilə 1.500.000 arasında erməni əsilli insanın yaşadığı göstərilir.

Fransanın Milli Demoqrafik Araşdırmalar İnstitutu ölkədə yaşayan insanların etnik mənşələrinə dair dəqiq məlumat bazası olmadığını bildirir. Lakin bəzi müşahidəçilər və media qurumları Fransada 250-750 min arasında erməni mənşəli insanın yaşadığını təxmin edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG