Accessibility links

Bakı və Hyuston 1976-cı ildə qardaşlaşıb


1979--cu ildə Bakıya meri A. Məmmədov Hyuston Şəhərindən gələn qonaqları salamlayır
1979--cu ildə Bakıya meri A. Məmmədov Hyuston Şəhərindən gələn qonaqları salamlayır

Hələ Sovet dönəmində Bakı şəhəri ABŞ-ın Hyuston şəhəri ilə qardaşlaşıb.

Belə ki, 1976-cı ildən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfinfən (HBSCA) Texasın Hyuston və Azərbaycanın Bakı şəhərləri sakinlərinin arasında qarşılıqlı anlaşma, təqdir və əməkdaşlıq təşviq edilib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi fascebook səhifəsində yazıb.

ABŞ prezidenti Duayt Eyzenhauer gələcək dünya münaqişələrinin yaranması ehtimalını azaltmaq məqsədilə Beynəlxalq Qardaş Şəhərləri şəbəkəsinin əsasını qoyub. Prezident cəmiyyətin bütün təbəqələrindəki insanları və təşkilatları cəlb etmək məqsədi ilə Amerika və digər xalqlar arasında şəbəkələrin yaradılmasını təklif edib.

ABŞ şəhərlərinə digər ölkələrin şəhərləri ilə tərəfdaş əlaqələri qurmaq və mədəni anlaşmanı dərinləşdirmək üçün vətəndaş diplomatiyası şəbəkələrini yaratmaq, mədəni anlaşmanı inkişaf etdirmək və iqtisadi inkişafa təkan verən istiqamətdə işləmək tövsiyyə olunub. Bu proqramlar hər iki tərəfdaşlıq icmalarının faydalanacağı ikitərəfli əlaqələr əsasında qurulmalıdır.

1979--cu ildə Bakıya meri A. Məmmədov Hyuston Şəhərindən gələn qonaqları salamlayır
1979--cu ildə Bakıya meri A. Məmmədov Hyuston Şəhərindən gələn qonaqları salamlayır

Bakı və Hyustonun çoxlu oxşar cəhətləri var.

Təqdim olunan fotoda 1979-cu ilin Oktyabrında Hyustondan Bakıya səfər edən nümayəndə heyəti. Bakı şəhərinin meri A.Məmmədov Qardaş Hyuston Şəhərindən gələn qonaqları - Douwe de Vries və onun həyat yoldaşı Robbie-ni salamlayır.

XS
SM
MD
LG