Accessibility links

Bakıda ticarət mərkəzində yanğın baş verib


Bakıda ticarət mərkəzində yanğın baş verib
please wait

No media source currently available

0:00 0:00:27 0:00

Yanğın Bakının "8-ci kilometr" adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb

Bakının Nizami rayonu, Qara Qarayev prospektində baş verən yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib.

"Şəxsiyyəti hələ dəqiqləşdirilməyib, amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu məlumdur", Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən verilən məlumata görə, hadisə yerində nazirliyin 6 briqadası fəaliyyət göstərir.

Yerli sakinlərin bildirdiyinə görə, yanğınsöndürənlər səhər saatlarında müəyyən tədbirlər gördükdən sonra yanğının tam söndüyünü güman ediblər: "Bundan sonra çıxıb getdilər. Ancaq yanğın tam sönməyibmiş, sonra daha da şiddətləndi. Yanğınsöndürən maşınlar yenidən qayıtdılar."

*****

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə davam edən yanğının söndürülməsinə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri cəlb olunub.

Şahidlərin dediyinə görə, ticarət mərkəzi yararsız hala düşüb.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb.

*****

Martın 26-da səhər saatlarında Bakının Nizami rayonu ərazisində yanğın baş verib.

Amerikanın Səsinin hadisə yerində olan müxbirinin verdiyi məlumata görə yanğın Bakının "8-ci kilometr" adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvə və texnikası cəlb olunub. Binada olanların təxliyə edildiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Naziri də gəlib.

Yanğının baş verdiyi Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb. Bu barədə isə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Hazırda həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının Bəkir Çobanzadə və Məhsəti Gəncəvi küçələrindən keçməklə fəaliyyətlərini davam etdirdikləri bildirilir. Verilən məlumata görə, bu dəyişiklik müvəqqəti xarakter daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG