Accessibility links

Afro-amerikalı gəncin ölümü Baltimorda toqquşmalara yol açıb [Video]


Afro-amerikalı gəncin ölümü Baltimorda toqquşmalara yol açıb
please wait

No media source currently available

0:00 0:02:07 0:00

Afro-amerikalı gəncin ölümü Baltimorda toqquşmalara yol açıb

Yaranan iğtişaş üzündən Merilənd qubernatoru şəhərdə fövqəladə vəziyyət elan edib

Bu ayın əvvəli aldığı xəsarətdən həbsxanada vəfat edən afro-amerikalının dəfninin ardınca bazar ertəsi Merilənd ştatının Baltimor şəhərində zorakı küçə nümayişləri başlayıb.

25 yaşlı Freddi Qreyin dəfnindən sonra Baltimorda yaranan iğtişaş üzündən Merilənd qubernatoru şəhərdə fövqəladə vəziyyət elan edərək Milli Qvardiyanı səfərbər edib. Qreyin ölümü ABŞ-da polisin azlıqlarla rəftarına etiraz olaraq keçirilən nümayişlər sırasında ən yenisidir.

Hal-hazırda burda iğtişaş törədən bir qrup qanunsuz şəxslərdir. Onlar nə icmada, nə də o ərazidə yaşayan insanların təhlükəsizliyini təmin edən polis zabitlərinin təhlükəsizliyinin qayğısına qalmırlar

Yüzlərlə gənc Baltimor küçələrinə axışaraq, maşınları yandırıb, mağazaları qarət ediblər və əmlakları dağıdıblar. İğtişaş polisi ilə qarşı-qarşıya gəldikdə isə nümayişçilər onlara daş, kərpic, butulka və digər əşyalar atıb.

Polis kapitanı Erik Kovalçik qarşıdurma zamanı 15 polis zabitinin xəsarət aldığını bildirib.

“Hal-hazırda burda iğtişaş törədən bir qrup qanunsuz şəxslərdir. Onlar nə icmada, nə də o ərazidə yaşayan insanların təhlükəsizliyini təmin edən polis zabitlərinin təhlükəsizliyinin qayğısına qalmırlar.”

Aprelin 12-də həbs edilmiş Freddi Qrey onurğa sütununa dəyən zədə nəticəsində keçinib. Rəsmilər onun polis maşınında getdiyində təhlükəsilik kəməri taxmadığı üçün zədə aldığını deyirlər. Hadisə ilə bağlı istintaq davam etdiyi üçün altı Baltimor polis zabiti ödənişli inzibati məzuniyyətə buraxılıb. Bundan əlavə ABŞ Ədliyyə Departamenti də hadisəni araşdırır.

Biz polisdən, ən azından hadisəyə qarışan altı polis zabitindən irəli çıxıb bizə hər şeyi anlatmalarını istəyirik, necə ki, onlar vətəndaşlardan bunu istəyirlər

Mərhumun ailəsi iğtişaşlara son qoyulmasına çağırıb. Onların vəkili William Murphy dəfn mərasimində çıxış edərək Qreyin ölümündə iştirak edən polis zabitlərindən tam izahat istəyib.

“Biz polisdən, ən azından hadisəyə qarışan altı polis zabitindən irəli çıxıb bizə hər şeyi anlatmalarını istəyirik, necə ki, onlar vətəndaşlardan bunu istəyirlər.”

Bazar ertəsinədək keçirilən gündəlik dinc nümayişlər zamanı etirazçılar ədalətin təmin olunmasını tələb ediblər. Bazar ertəsi günün sonunda isə Baltimorun meri qadağan saatı elan edib.

Zorakılıq şəhərin mərkəzinə yaxın dənizkənarı ərazidə baş verməsə də, Baltimorun yerli beysbol komandası oyununu təxirə salıb və məktəblər bağlanıb.

XS
SM
MD
LG