Accessibility links

Stefen Miller: Tramp administrasiyası ölkənin terrorizmdən müdafiəsi üçün hər bir ölçüyə əl atacaq


ABŞ prezidentinin yardımçısı Ağ EvinTrampın səyahət qadağasını ləğv edən məhkəmələrin hökmlərini qüvvədən salmaq üçün bütün mümkün varianları nəzərdən keçirdiyini deyib.

Trampın siyasi müşaviri Stefen Miller Tramp administrasiyasının ölkəni terrorizmdən müdafiə etmək üçün hər bir ölçüyə əl atacağını bildirib.

7 ölkədən Amerikaya səyəhət qadağasının bu gün və gələcək təhdidlər səbəbindən müdafiə məqsədi daşıy;r

Trampın 31 yaşlı yardımçısı NBS xəbər agentliyinə prezidentin ölkəyə kimin girəcəyinə dair qərar vermək haqqı olduğunu deyib. O, 7 ölkədən Amerikaya səyəhət qadağasının bu gün və gələcək təhdidlər səbəbindən müdafiə məqsədi daşıdığını vurğulayıb.

Miller deyib ki, Tramp administrasiyası Ağ Ev, məhkəmə sistemi və Konqresin bərabərliyini tanıdığını, lakin yurisdikdiyasının super qüvvə olmadığını deyib.

Cümə günü Floridaya yola düşməzdən öncə ABŞ dövlət başçısı mühacirətlə bağlı yeni bir qanunun tətbiqini nəzərdə tutduğunu bildirib. Tramp müxbirlərə yeni sərəncamın bazar ertəsi açıqlana biləcəyinin mümkünlüyünü ifadə edib.

ABŞ prezidenti Donald Tramp dünən Amerika xalqına həftəlik radio müraciətində xarici terrorçuların ölkənin mühacirət sistemindən bir vasitə kimi istifadə edə bilməyəcəyinə söz verib.

"Biz terroçuların, radikalların və təhlükəli ekstremistlərin ölkəmizə daxil olmasına imkan verməmək üçün bütün lazımı və hüquqi ölçülərin götürülməsi məqsədilə mübarizəni davam etdirəcəyik. Biz səxavətli mühacirət sistemimizin terrorizm aləti kimi pis insanlar tərəfindən bizə qarşı çevrilməsinə yol verməyəcəyik"-deyə Tramp bildirib.

XS
SM
MD
LG