Accessibility links

Bank işçiləri etiraz edib


Aprelin 30-da lisenziyası ləğv olunmuş "Amrah Bank"-ın əməkdaşları etiraz aksiyası keçirib.

Yüzdən çox bank əməkdaşı bankın əsas filialında toplaşaraq bankın bağlanmasına etiraz edib. Bank əməkdaşları hesab edir ki, bank müflis olmayıb və lisenziyasının ləğvi qanunsuzdur.

"Bankımız normal fəaliyyət göstərirdi. Depozitləri də qaytarırdı. İşçilərn əmək haqları daim vaxtında verilib. Birdən-birə bir günün içində heç bir səbəb olmadan qanunsuz olaraq bankımızı bağladılar. 700 nəfərdən çox insan işsiz qalıb. Biz tələb edirik ki, işimiz bərpa edilsin. Niyə digər banklara dövlət 60-70 milyon manat pul ayırır, "Amrah Bank"-ı isə bağlayır? Belə çətin vaxtda, karantin vaxtı bizi işsiz qoyublar," aksiyada çıxış edən bank əməkdaşı qeyd edib.

Bank işçiləri həmçinin bildirib ki, aprel ayına görə onlara hələ əmək haqqı verilməyib.

"Heç vaxt gecikmə olmayıb. Hər ayın 26-sı maaş alırdıq. Bu dəfə isə gecikmə olub və maaşlarımız verilməyib. Deyirlər ki, maaşlar bir ay sonra veriləcək".

Özünü bankın məsul işçisi kimi təqdim edən şəxs toplaşan aksiya iştirakçılarına bildirib ki, onların əmək haqqları veriləcək.

"Əmək haqqlar köçürüləcək. Bundan əlavə mən öz şəxsi əlaqələrimdən istifadə edərək əməkdaşları başqa banklarda işlə təmin etməyə çalışacam".

Bankın məsul əməkdaşlarından biri lisenziyanın ləğv edilməsi barədə qərarı siyasi sifariş kimi qiymətləndirib.

Bankın mühafizə xidməti və əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını öz iş otaqlarına keçməyə dəvət edib.

Saxlanılan olmayıb.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti aprelin 27-də “AtaBank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunması barədə qərar qəbul edib. Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel tarixli qərarına əsasən isə həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları ləğv edilib.

Azərbaycanda hazırda 29 kommersiya bankı fəaliyyət göstərir.

Bank sektorunda problemlər əsasən 2015-ci il devalvasiyasından sonrakı dövrə təsadüf edir.

Belə ki, 2015-2018-ci illərdə ölkədə on kommersiya bankı bağlanıb.

Bununla yanaşı, ekspertlər bank sektorunda böyük problem kimi səhmlərinin 51 faizi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankını göstərir.

Bankın idarə heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub.

Aparılmış istintaqla müəyyən edilib ki, Cahangir Hacıyev digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitini mənimsəyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG