Accessibility links

"Bank Standart"ın əmanətçiləri: Pulumuzu qaytarın!


Dörd il əvvəl müflis elan olunan "Bank Standart"ın əmanətçiləri Mərkəzi Bankın binası qarşısında etiraz aksiyası keçirib. Onlar əmanətlərinin qaytarılmasını tələb edib.

Aksiya iştirakçıları “Bank Standart”: Pullarımızı qaytar!” plakatı qaldırıb, həmçinin “Pulumuzu qaytar!” şüarı səsləndirib.

İki həftə əvvəlki aksiyada olduğu kimi Azərbaycan Mərkəzi Bankından heç kim onlarla görüşə çıxmayıb.

Polis vətəndaşlara Əmanətlərin Sığortalanması Fonduna getməyi məsləhət görüb. Lakin onlar bunu etməkdən imtina edib, çünki orada olublar və bu da nəticəsiz qalıb.

Aksiyanın yekunlarına əsasən, bir qrup etirazçı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun adına müraciət yazıb. Lakin Rüstəmov onları qəbul etməyib.

Əmanətçilər Komitəsinin sədri Şahin Əhmədov bu ilin yanvarında bildirib ki, 10 mindən çox Azərbaycan vətəndaşı "Bank Standart"dan pulunu ala bilməyib. Onlar arasında 30 min dollara qədər əmanət yatıranların sayı 400 nəfərdir.

“Bank Standard” ləğv edilib

“Bank Standard” QSC 2016-cı ilin sentyabrında ləğv olunub. Maliyyə Bazarlarına Nəzarət Palatası bildirib ki, bankda 520 milyon manat cəlb olunmuş əmanət olub. Bunun 460 milyon manata yaxını qorunan əmanətlərdir.

Əmanətlərin Sığortalanması Fondu dəqiqləşidirib ki, “Bank Standard”da 438.6 milyon manat qorunan əmanət olub. Həmin əmanətlərin 99 faizini qaytarıldığı bildirilib.

Azərbaycanda iki dəfə devalvasiya baş verib

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib. Azərbaycanda bu proses başlayandan 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bu yaxınlarda Əmanətlərin Sığortalanması Fondu bildirib ki, qorunan əmənətlərin 99 faizi qaytarılsa da hələlik, qorunmayan əmanətlərin qaytarılacağından söhbət getmir.

XS
SM
MD
LG