Accessibility links

Nyu-York Məhkəməsi kreditorların Azərbaycan Beynəlxalq Bankına qarşı etirazlarını rədd edib


Beynəlxalq Bank
Beynəlxalq Bank

Nyu-York Məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin könüllü restrukturizasiyası prosesinin tanınması barədə müraciətinə baxıb və bir qrup kreditorun etirazını rədd edərək bankın xeyrinə qərar çıxarıb.

Məhkəmə bankın aktivlərinin xarici kreditorların ABŞ məhkəmələrindəki iddia tələblərindən qorunması barədə qərar verib. Eləcə də restrukturizasiya prosesinin davam etdiyi müddətdə xarici kreditorlar Azərbaycan Beynəlxalq Bankına və onun ABŞ-dakı aktivlərinə qarşı hər hansı iddia irəli sürə bilməyəcək.

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov məhkəmə qərarını şərh edərkən xarici öhdəliklərin könüllü restrukturizasiyası prosesi ilə bağlı baş verə biləcək mümkün hüquqi risklərin bu qərarla aradan qalxdığını bildirib.

"Bəzi kreditorların restrukturizasiya prosesinə etirazı məhkəmə tərəfindən qəbul olunmadı. Bankın aktivlərinin bu prosesdə xarici kreditorların iddia tələblərindən qorunduğu bir daha məhkəmə qaydasında qətiləşdi. Restrukturizasiya prosesi hazırda nəzərdə tutulmuş plan üzrə davam edir. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi uğurlu olacaq", o deyib.

Qeyd edək ki, səsvermənin nəticələri 18 iyul 2017-ci il tarixində nəzərdə tutulmuş Kreditorların Yığıncağında məlum olacaq.

11 may 2017-ci ildə ABB xarici borc üzrə ödənişləri dayandırıb. Bank investorlara təklif edib ki, borcların bir hissəsi Azərbaycanın suveren istiqrazları ilə dəyişdirilsin. Cəmi 3,34 mlrd dollarlıq borcun restrukturizasiyası planlaşdırılır.

XS
SM
MD
LG