Accessibility links

Banklar dollar satışını bərpa etməyib


Azərbaycanın əksər kommersiya bankları avqustun 31-də dollar satışını bərpa etməyib.

Turan agentliyinin məlumatına görə, həftənin əvvəlindən etibarən bir çox banklar valyuta satışını ciddi şəkildə məhdudlaşdırıb və ya ümumiyyətlə dayandırıb.

Dövlət Neft Fondu, demək olar ki, hər iş günü ölkə banklarına 50 mln. dollar satır. Amma valyuta defisiti aradan qalxmır. Bundan başqa, bank dairələrindən daxil olan məlumata görə, bankların Amerika dollarına olan tələbatı 10-12 dəfə çoxdur.

Bu gün Turan agentliyi kommersiya banklarına sorğu göndərib, onlar heç bir izahat vermədən dollar və avro satmadıqlarını təsdiq ediblər. “Respublika”, “Silk way”, “Standart” bildirib ki, onlarda satışda dollar yoxdur.

“Kapitalbank” və Accessbank”da deyiblər k, hər bir nəfərə 100 dollar satırlar.

“Paşabank”da qeyd ediblər ki, dolları yalnız öz müştərilərinə satırlar.

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu satış məhdudiyyətini devalvasiya gözlənilməsi ilə əlaqədar mərkəzləşmiş siyasətin nəticəsi hesab etmir.

“Əminəm ki, kommersiya banklarımızın əksəriyyətinin nəinki uzunmüddətli, qısamüddətli siyasəti belə yoxdur. Valyuta satışının dayandırılması o demək deyil ki, onlarda dollar yoxdur. Sadəcə olaraq, onlar mümkün devalvasiyadan sığortalanmağın ən sadə yolunu seçiblər”, İbadoğlu qeyd edib.

Ekspert bankların Mərkəzi Bankdan informasiya sızıntısı ala biləcəyi ehtimalını təkzib edib. “Belə bir sızıntı dövlətə xəyanətlə eyni şeydir”, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG