Accessibility links

Bankirin məhkəməsində “milyardlar”dan danışılır


Fevralın 11-də Azərbaycan Beynəlxalq Bankının (ABB) vəsaitlərinin mənimsənilməsi işi üzrə məhkəmə prosesində müttəhimlərin ifadə verməsi davam edib.

İclasın əvvəlində Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev diqqəti ona yönəldib ki, 2015-ci ilin iyununda Azərbaycan prezidenti ABB ilə bağlı fərman imzalayıb. Fərmanda problemli kreditlər məsələsinin mülki qanunvericilik çərçivəsində həlli tapşırılıb. Bununla əlaqədar o, problemli kreditlərin həcmi ilə bağlı Maliyyə Nazirliyindən məlumat əldə edilməsi barədə vəsatət qaldırıb.

Digər vəkil Nurlan Babayev prezidentin həmin fərmanına istinad edərək Azərbaycan Mərkəzi Bankından ABB-nin aktivlərinin qiymətləndirilməsi haqda akt istənilməsi barədə vəsatət qaldırıb.

Beynəlxalq Bank
Beynəlxalq Bank

Lakin dövlət ittihamçısı vəsatətlərin əleyhinə olub, məhkəmə onları təmin etməyib.

Sonra müttəhimlərin ifadələri davam edib. Öncə Natiq İmanov çıxış edib. O, 12 milyon manat krediti mənimsəməkdə ittiham olunur. İmanov “Soil Construction” şirkətinin rəhbəri olduğunu və bu vəzifəyə keçmiş deputat Dünyamin Xəlilov tərəfindən təyin edildiyini bildirib.

Natiq İmanovun sözlərinə görə, şirkət 4 bloklu 18 mərtəbəli binanın tikintisi ilə məşğul olub. İmanovun özü isə sakinlərin tikinti yerindən köçürülməsilə məşğul olub və onlara 1 kvadrat metrə görə 2000 manat ödəyib.

Azərbyacan Beynəlxalq Bankındən alınmış kreditlər ölkədə iş yerlərinin yaradılması proqramlarına yönəldilib.
Dünyamin Xəlilov, həbsdə olan keçmiş deputat

ABB-nin mərkəzi filialında hər dəfə 1,5 mln. manat almasına dair imza atıb, ancaq pulu götürməyib. Pulu kimin götürməsi barədə sualın cavabında "məncə, Dünyamin Xəlilov" deyib.

İmanov özü 2000 manat əməkhaqqı alıb, halbuki, rəsmi olaraq 200 manat sənədləşdirilib.

Digər müttəhim Arif Xəlilov 3 milyon 226 min manatı mənimsəməkdə ittiham olunur. Həmin vəsait rəhbərlik etdiyi "Abidə” MTK-ya ayrılıb.

Müttəhim bildirib ki, krediti almaq üçün Dünyamın Xəlilova 75 faiz güzəştə getməli olub.

Daha 4,8 milyon manat kredit isə 2006-2007-ci illərdə "Alfa-layn" şirkətinə ayrılıb. Onun rəhbəri Sadiq Murtuzayev bu gün müttəhim qismində ifadə verərək bildirib ki, formal olaraq rəhbər olub və 1000 manat maaş alıb.

Hər üç kredit ABB-yə qaytarılmayıb. Müttəhimlər bildiriblər ki, onların krediti qaytarmaq üçün vəsaitləri yoxdur.

Keçmiş deputat Dünyamin Xəlilov da bugünkü məhkəmə iclasında ifadə verib.

Krediti almaq üçün Dünyamın Xəlilova 75 faiz güzəştə getməli oldum.
Arif Xəlilov, müttəhim

O bildirib ki, keçmiş ABB rəhbərini 40 ildən çoxdur tanıyır. Onlar dost və biznes tərəfdaşlarıdır. Xəlilovun sözlərinə görə, O, "Ceneral konstrakşn" şirkətini Cahangir Hacıyevin məsləhəti ilə yaradıb.

Xəlilov bildirib ki, ABB-dən alınmış kreditlər ölkədə iş yerlərinin yaradılması proqramlarına yönəldilib.

Dünyamin Xəlilov Cahangir Hacıyevin göstərişi ilə xaricdə layihələrin reallaşması üzrə şirkətlər yaradıb. Bu, ondan ötrü edilib ki, xaricdə qazanılan vəsaitlər Azərbaycana gəlir gətirsin.

Dünyamin Xəlilov bildirib ki, ABB-dən aldığı bütün kreditlər banka qaytarılıb.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib.

Hacıyev və digər yeddi nəfər külli miqdarda ziyan vurmaqla sui-istifadə, dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə səlahiyyətini aşmaq, rüşvət verməkdə təqsirli bilinib.

Dekabrın sonunda baş prokuror bildirib ki, Cahangir Hacıyevə qarşı yeni maddə - külli miqdarda vəsaitin mənimsənilməsi, cinayətkar yolla əldə edilmiş vəsaitin leqallaşdırılması, vergidən yayınma üzrə ittiham irəli sürülüb.

İstintaq Cahangir Hacıyevi keçmiş deputat Dünyamin Xəlilov və digər 20 nəfərlə birlikdə 4,7 milyard manatı məminsəməkdə ittiham edib.

O, real dəyəri olmayan veksellerin alqı-satqısına dair ümumı məbləği 3.4 milyard dollar və 987 milyon avro həcmində sövdələşmələr bağlamaqda ittiham olunur.

Istintaqın bildirdiyinə görə, Hacıyevin göstərişi ilə ümumi məbləği 900 mln. manat həcmində pul vəsaitinin manat və xarici valyutada leqallaşdırılması məqsədilə çoxsaylı kredit müqavilələri bağlanıb. Həmin vəsaitlər mənimsəmə məqsədilə bankın hesabından başqa hesablara köçürülüb.

İstintaq Cahangir Hacıyevi keçmiş deputat Dünyamin Xəlilov və digər 20 nəfərlə birlikdə 4,7 milyard manatı məminsəməkdə ittiham edib.

Bundan əlavə, istintaqın məlumatına görə, Cahangir Hacıyev və Dünyamin Xəlilov (2011-2014-cü illərdə "Aztorq" MMM-nin faktiki rəhbəri olub) ilə birlikdə 1 milyon 752 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməyib.

Əvvəlki məhkəmə iclasında Cahangir Hacıyev bütün ittihamları rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG