Accessibility links

Bankqoqda otel otağında qapanan 18 yaşlı səudiyyəli qız nə istəyir?


Rahaf Məhəmməd Əl-Kunun
Rahaf Məhəmməd Əl-Kunun

Səudiyyə Ərəbistanı vətəndaşı, 18 yaşlı Rahaf Məhəmməd Əl-Kunun Banqkok hava limanının hotel otağında qapanaraq, ailəsinin hal-hazırda olduğu Küveytə yola düşməkdən imtina edib. Ailəsi ilə yaşamaq istəmədiyini, geri qayıdacağı halda onu ölüm gözlədiyini bildirən Əl-Kunun BMT-nin qaçqınlarla iş üzrə agentliyinin nümayəndələri ilə görüş tələb edirdi.

Tailand polisi qızı iradəsinə zidd olaraq, heç yerə göndərmək fikrində olmadığını bildirərək, otel otağının qapısında onunla danışıqlar aparmağa çalışırdı. Əl-Kunun isə yalnız BMT nümayəndələri ilə danışıqlar aparacağını deyirdi.

Əl-Kununun hekayəsi

Banqkokun hava limanında olan qız jurnalistlərlə əlaqə yaradıb. Reuters agentliyinə müsahibəsində Küveytdə ailəsi ilə istirahətdə olduğunu və 5 yanvar tarixində Tailandda dayanaraq, Avstraliyaya qaçmağa cəhd etdiyini bildirib.

Əl-Kununun sözlərinə görə, Tailanda enəndən sonra Səudiyyə Ərəbistanı səfirliyinin əməkdaşı onu aldadaraq, pasportunu yoxlanış üçün götürüb. Qızın sözlərinə görə, səfirlik əməkdaşı ailəsinin onun səfərinə razı olmadığını və Küveytə geri dönməli olduğunu deyib.

BBC-yə müsahibəsində Əl-Kunun İslamdan çıxdığını və evə dönəcəyi halda onu ölüm gözlədiyini bildirib. Səudiyyə Ərəbistanında İslamdan imtina ölüm ilə cəzalandırıla bilər.

“Onlar məni öldürəcək” - deyə, Reuters agentliyə bildirən Əl-Kunun əlavə edir ki, “Mənim həyatım təhlükədədir. Mənim ailəm məni ən sadə şeylərə görə öldürəcəyi ilə hədələyir.”

Ailəm məni ölümlə hədələyir ki, təhsilimi davam etməyim.
Rahaf Məhəmməd Əl-Kunun

“Onlar məni ölümlə hədələyirlər ki, mən təhsilimi davam etməyim.” – Əl-Kunun hekayəsini danışır: “Onlar mənə maşın sürməyə, səyahət etməyə icazə vermirlər. Mənə zülm verirlər. Mən yaşamağı və çalışmağı sevirəm, mən çox iddialıyam, amma ailəm mənə yaşamağa imkan vermir.”

Hava limanının otel otağında olan qız, dünya ilə İnternet vasitəsilə, xüsusən də Twitter vasitəsilə ünsiyyət saxlayır. Əl-Kunun Kanada, ABŞ, Avstraliya və Böyük Britaniya kimi ölkələrə qaçqın statusu və müdafiə üçün müraciət edəcək.

Hava limanının otel otağında olan zaman Rahaf Məhəmməd Əl-Kunun Twitter vasitəsilə ünsiyyət saxlayırdı.
Hava limanının otel otağında olan zaman Rahaf Məhəmməd Əl-Kunun Twitter vasitəsilə ünsiyyət saxlayırdı.

Rəsmi versiya

Səudiyyə Ərəbistanının Banqkokdakı nümayəndəsi Abdulla Əl-Şuabi bəyan edib ki, ölkə hakimiyyətinin qızın başına gələnlərdə heç bir iştirakı yoxdur. Onun sözlərinə görə, Əl-Kununu Tailandda geriyə bileti və hotel rezervasiyası olmadığı üçün saxlayıblar. Əlavə edir ki, Səudiyyə Ərəbistanı səfirliyinin hava limanında insanları saxlamaq hüququ yoxdur və bu qərar Tailand höküməti tərəfindən verilib.

Tailand gömrüyündən verilən məlumata görə, lazımi sənədlərin olmadığı üçün qıza ölkəyə girməyə icazə verilməyib və Səudiyyə Ərəbistanı səfirliyi ilə əlaqə saxlanılıb.

Hadisələrin son inkişafı

BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarının nümayəndəsi hava limanında Əl-Kunun ilə görüşdükdən sonra onun məsələsini Tailandın immiqrasiya rəsmiləri ilə müzakirə edir.

Rahaf Məhəmməd Əl-Kunun Tailandın immiqrasiya əməkdaşları ilə
Rahaf Məhəmməd Əl-Kunun Tailandın immiqrasiya əməkdaşları ilə

“Biz və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığı onunla danışıb, nə istədiyini və sığanacağa müraciət etmək istəyib-istəmədiyini soruşacayıq.” – deyə, İmmiqrasiya rəisi Suraçate Hakparn mətbuat konfransından bildirib.

XS
SM
MD
LG