Accessibility links

Banksinin Britaniya parlamenti barədə karikaturası rekord qiymətə satıldı


Britaniya Parlamentini məsxərəyə qoyan anonim strit-art rəssam Banksinin əsəri Londonda Sotheby's auksionunda £9.9 milyon funt sterlinqə ($12 milyon dollara) satılıb.

Bu, onun 2008-ci ildə yaratdığı və$ 870 min dollara satılmış "Ləkəsiz saxla" ("Keep it spotless") əsərinin əvvəlki rekordundan beş dəfə çoxdur.

Rəssam öz təşəbbüsünü Britaniyanın Avropa İttifaqından çıxması prosesinin çətinliyi ilə birbaşa əlaqələndirib.


Bu, təşkilatçıların gözlədiyi maksimum məbləğdən də demək olar ki, beş dəfə çoxdur.

"Geriləmiş Parlament" ('Devolved Parliament') adlanan əsərdə Böyük Britaniya Nümayəndələr Palatasında oturan şimpanzelər təsvir edilir. Rəsm 10 il əvvəl çəkilib və o vaxt Bristoldakı bir sərgidə naməlum şəxs tərindən alınaraq xüsusi kolleksiyaya əlavə edilib.

Altı ay əvvəl yenidən Banksinin təkidi ilə ictimaiyyətə təqdim edilib.

O, öz təşəbbüsünü Britaniyanın Avropa İttifaqından çıxması prosesinin çətinliyi ilə birbaşa əlaqələndirib.

Cümə axşamı auksiondan sonra Banksi İnstaqram hesabında özünü yeni rekordla təbrik edib və əlavə edib: "Əfsuslar olsun ki, rəsm artıq mənə mənsub deyildi."

XS
SM
MD
LG